Bu ilin I rübündə Azərbaycanın metanol ixracından gəliri açıqlanıb
Bu ilin yanvar-mart aylarında Azərbaycandan 2 milyon 447 min ABŞ dolları dəyərində 12 min 236 ton metanol (metil spirti) ixrac edilib.
"Sizinxeber.az" Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən məhsulun dəyəri 91,3 %, həcmi isə 86,5 % azalıb.
Azərbaycan mənşəli əsas qeyri-neft məhsullarının ixracında metil spirtinin payı 0,28 % təşkil edir. İlkin formalarda metanolun ümumi ixracdakı payı isə 0,05 % təşkil edib.
Qeyd edək ki, 3 ayda Azərbaycan xarici ölkələrlə 9 milyard 407 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 5 milyard 402 milyon ABŞ dolları ixracın, 4 milyard 5 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 15,4 % azalıb, idxal isə 29,3 % azalıb.
Metanol Bakının Qaradağ rayonundakı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) metanol zavodunda istehsal edilir. 2013-cü ildə istismara verilmiş zavod 2016-cı ildən SOCAR-ın törəmə müəssisəsi - "SOCAR Metanol" MMC-nin idarəçiliyi altında fəaliyyət göstərir, 2017-ci ilin avqust ayından isə şirkətin mülkiyyətinə keçib. Müəssisə illik 650-700 min ton metanol istehsal etmək gücünə malikdir. İstehsalatda xammal olaraq təbii qaz və duzlaşdırılmış su istifadə olunur.
Oxşar xəbərlər
İki ayda Azərbaycan 4 milyon tona yaxın neft ixrac edib
Azərbaycanın I yarımildə ixrac etdiyi neft məhsullarının həcmi açıqlanıb
Bu il Azərbaycan 14 milyon tondan çox neft ixrac edib
Bu il Azərbaycan 20 milyon tondan çox neft ixrac edib
Azərbaycanın ixrac etdiyi neft məhsullarının həcmi 16 %-dən çox artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Kadir İnanır vəfat etdi
-
Azərbaycanda əsgərlik müddətinin azaldılması və ödənişli hərbi xidmətlə bağlı RƏSMİ AÇIQLAMA
-
DÇ-2026: Seneqal - İraq matçında hesab açılıb - YENİLƏNİR
-
Elm və Təhsil Nazirliyi cari tədris ilinin hesabatını YAYDI
-
Şənbə günü leysan yağacaq, güclü külək əsəcək
-
DÇ-2026: Fransa və Norveç 1/16 finala vəsiqə qazanıb
