FHN Gəncədə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə açıq qapı günü keçirib
sizinxeber.az xəbər saytı

FHN Gəncədə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə açıq qapı günü keçirib


Fövqəladə Hallar Nazirliyi tərəfindən Gəncədə “1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə “açıq qapı günü” tədbiri keçirilib.

APA-nın yerli bürosunun məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsi və Gəncə Regional Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, FHN-in və digər müvafiq qurumların məsul əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirin açılışında, əvvəlcə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

“Açıq qapı günü”ndə uşaqlara Nazirliyin Gəncə Regional Mərkəzinin xilasediciləri və Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri tərəfindən yanğınsöndürmə və xilasetmə texnikası və avadanlıqları təqdim olunub, xilasedicilərin gündəlik iş fəaliyyəti barədə məlumat verilib, uşaqların sualları cavablandırılıb.

Uşaqların iştirakı ilə təşkil olunan təlim isə onlarda böyük marağa səbəb olub. Sonda uşaqlara hədiyyələr təqdim olunub, xatirə şəkli çəkdirilib.

Qeyd edilib ki, Fövqəladə Hallar Nazirliyi uşaqların təhlükəsizliyini daim diqqət mərkəzində saxlayır və bu məqsədlə mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Oxşar xəbərlər

FHN şəhid övladları üçün “açıq qapı günü” keçirib
FHN-in Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı günü” keçirib
FHN-in Cənub Regional Mərkəzində şəhid övladları üçün Zəfər Gününə həsr olunmuş “açıq qapı” günü keçirilib - VİDEO
Dövlət Yanğından Mühafizə Xidməti “açıq qapı” günü keçirib
Dövlət Yanğından Mühafizə Xidməti Sumqayıtda “açıq qapı günü” keçirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər