ABŞ səfirliyi təhsilə həsr olunmuş sərgi təşkil edib
ABŞ-nin Azərbaycandakı səfirliyi "EducationUSA Azerbaijan" və "American Councils for International Education" ilə tərəfdaşlıq çərçivəsində "ABŞ-də təhsil" sərgisi təşkil edib.
"Sizinxeber.az" xəbər verir ki, tədbirdə ABŞ-nin 45-dən çox universiteti və təhsil təşkilatının nümayəndələri, eləcə də 50-dən çox azərbaycanlı məzun və ABŞ səfirliyi icmasının üzvləri iştirak ediblər.
İştirakçılar Harvard, Yel və Kolumbiya universitetləri, eləcə də Karnegi-Mellon Universiteti və digər ali təhsil müəssisələri də daxil olmaqla ABŞ-nin aparıcı universitetlərində bakalavriat, magistratura və mübadilə proqramları ilə birbaşa tanış olmaq imkanı əldə ediblər.
Açılış mərasimində çıxış edən ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon azərbaycanlı tələbələrin ABŞ-nin ali təhsilinə artan marağını, eləcə də bu ölkədə təhsil almaq üçün akademik imkanların genişlənməsini qeyd edib.
Oxşar xəbərlər
ABŞ səfirliyi təhsil sərgisi keçirəcək
Bakıda Malayziya Universitetlərinin təhsil imkanlarını əks etdirən sərgi olub
Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır
Bakıda Özbəkistan Universitetlərinin Təhsil Sərgisi keçiriləcək
Müvəqqəti işlər vəkili: ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
-
"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16 % artırıb
-
AFFA Qazax şəhərində 100-dən çox uşağın iştirakı ilə futbol festivalı təşkil edib
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
