Kuçma: Ukrayna Azərbaycanı ərazi bütövlüyünü bərpa etməyə imkan verən milli iradənin nümunəsi kimi qəbul edir
sizinxeber.az xəbər saytı

Kuçma: Ukrayna Azərbaycanı ərazi bütövlüyünü bərpa etməyə imkan verən milli iradənin nümunəsi kimi qəbul edir


Ukraynanın keçmiş prezidenti Leonid Kuçma Azərbaycan Prezidenti İlham Əliyevi 28 may - Müstəqillik Günü münasibətilə təbrik edib.

"Sizinxeber.az"un məlumatına görə, təbrikdə deyilir:

"Sizi və Sizin simanızda bütün Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Mən Azərbaycana - bu mübarək torpağa dəfələrlə səfər etmişəm. Cəsur xalqınızın müstəqillik uğrunda mübarizə qəhrəmanları haqqında həqiqi dostum, atanız unudulmaz Heydər Əliyevdən eşitmişəm. Buna görə də Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil. Mən bilirəm ki, Ukrayna xalqı da Azərbaycanı yalnız dost kimi deyil, həm də itirilmiş əraziləri geri qaytarmağa və ərazi bütövlüyünü bərpa etməyə imkan verən milli iradənin nümunəsi kimi qəbul edir. Siz buna nail oldunuz, bizdə isə bu, hələ qarşıdadır. Bu, xalqlarımız arasında xüsusi tarixi bağ yaradır.

Ümid edirəm ki, Azərbaycan xalqı da bunu hiss edir və onun həqiqi dostunun kim olduğunu başa düşür.

Gözəl Vətəninizə inkişaf və firavanlıqla bağlı ən səmimi arzularımı qəbul etməyinizi xahiş edirəm".

Oxşar xəbərlər

Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Litva Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib
İrlandiyanın Prezidenti İlham Əliyevi təbrik edib
İlham Əliyev Syerra-Leone Prezidentini təbrik edib
Zelenski Prezident İlham Əliyevi təbrik edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər