ABŞ və Fransanın müdafiə nazirləri Avropanın NATO-ya dəstəyini müzakirə ediblər
ABŞ-nin müharibə naziri Pit Heqset fransalı həmkarı Ketrin Votren ilə Avropa ölkələrinin NATO-nun fəaliyyətinə töhfəsinin artırılmasını müzakirə ediblər.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Pentaqon rəhbərinin ictimaiyyətlə əlaqələr üzrə köməkçisi Şon Parnell bildirib.
Qeyd olunub ki, görüş Fransada müttəfiqlərin Normandiyaya çıxarılmasının 82-ci ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində baş tutub.
"Tərəflər NATO müttəfiqlərinin müdafiə xərclərini ÜDM-in 5 %-nə qədər artırmaq, hərbi-sənaye kompleksini gücləndirmək və döyüş qabiliyyətli qoşunlar yerləşdirmək yolu ilə qeyri-nüvə silahları vasitəsilə Avropanın təhlükəsizliyinin təmin olunmasına görə əsas məsuliyyəti öz üzərlərinə götürmələrinin təcili zərurətindən danışıblar", - məlumatda vurğulanıb.
Parnell qeyd edib ki, nazirlər alyansın "NATO 3.0"a - "asılı olanların deyil, əsl tərəfdaşların alyansı"na keçidini sürətləndirməli olduğu qənaətinə gəliblər.
Daha əvvəl qeyd olunurdu ki, ABŞ Şimali Atlantika Alyansının sərəncamına daha az hərbi hissə və hərbçi verərək onun fəaliyyətinə öz töhfəsini əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədir.
Qeyd edək ki, "NATO 3.0" Avropa ölkələrinin öz qitələrindəki adi (konvensional) müdafiə məsuliyyətini öz üzərinə götürməsini və alyans daxilində Avropanın gücünün artırılmasını nəzərdə tutan yeni geostrateji modeldir. Bu yanaşma ABŞ-nin yükünün azaldılması və Avropanın NATO daxilində daha böyük məsuliyyət daşıması məqsədi daşıyır.
Oxşar xəbərlər
NATO-nun 32 üzvü müdafiə xərclərini ÜDM-in 5 %-nə qədər artıracaq
NATO Baş katibi Pentaqonun yeni rəhbəri ilə müdafiə xərclərinin artırılmasını müzakirə edib
Pentaqon: ABŞ artıq Avropanın təhlükəsizliyinin zəmanətçisi ola bilməz
NATO ölkələrinin müdafiə nazirləri Ukraynaya dəstəklərini bir daha təsdiqləyib
Pentaqon rəhbəri: ABŞ-nin NATO üzrə müttəfiqləri Rusiyanı özləri çəkindirməlidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
-
DİN: Ötən gün 10 silah aşkarlanaraq götürülüb
-
Azərbaycanda ilk qabaqcıl su idarəetmə və su ölçmə texnologiyası Ağstafada istifadəyə verilib
-
Finlandiya immiqrantlar üçün işsizlik müavinətlərini azaltmağı planlaşdırır
-
Almaniya ilə Azərbaycan "yaşıl hidrogen" üzrə yeni layihə hazırlayır - EKSKLÜZİV
