Bakıda ABŞ məzunları sərgisi təşkil edilib - FOTO
ABŞ-ın Azərbaycandakı səfirliyi, “EducationUSA Azerbaijan” və Beynəlxalq Təhsil üzrə Amerika Şurasının birgə təşkilatçılığı ilə Bakıda ABŞ məzunları sərgisi təşkil edilib.
Sizinxeber.az xəbər verir ki, sərgidə 45-dən çox ABŞ universiteti və təhsil təşkilatı təmsil olunub. Tədbirdə 50-dən çox azərbaycanlı məzun və ABŞ səfirliyinin əməkdaşları da iştirak ediblər.
Qeyd olunub ki, iştirakçılar Yale, Harvard, Kolumbiya, Karnegi Mellon Universiteti və digər nüfuzlu Amerika ali təhsil müəssisələrinin bakalavr, magistratura və mübadilə proqramları haqqında birbaşa məlumat əldə etmək imkanı qazanıblar.
Açılış mərasimində çıxış edən ABŞ-ın Azərbaycandakı müvəqqəti İşlər Vəkili Emi Karlon ABŞ-da ali təhsilin azərbaycanlı tələbələr arasında getdikcə daha çox maraq doğurduğunu vurğulayıb.
“ABŞ-da ali təhsil azərbaycanlı tələbələrin üstünlük verdiyi istiqamət olaraq qalır və son illərdə biz bu sahədə əhəmiyyətli artımın şahidi olmuşuq,” – deyə Karlon bildirib.
Tədbirdə həmçinin EducationUSA məsləhət xidmətləri, Virtual American Spaces və ABŞ hökuməti tərəfindən maliyyələşdirilən mübadilə proqramları təqdim olunub.
Bundan əlavə, ABŞ Səfirliyinin konsulluq əməkdaşları tələbə vizaları ilə bağlı xüsusi təqdimat keçirərək müraciət prosesi barədə məlumat verib, gələcək tələbələrin və onların ailələrinin suallarını cavablandırıblar.
Oxşar xəbərlər
ABŞ səfirliyi təhsil sərgisi keçirəcək
ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb
ABŞ səfirliyi təhsilə həsr olunmuş sərgi təşkil edib
Müvəqqəti işlər vəkili: ABŞ-da təhsil alan azərbaycanlı tələbələrin sayı artıb
Emi Karlon: ABŞ azərbaycanlı tələbələr üçün əsas istiqamətlərdən biri olaraq qalır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək?
-
Uşaqların sosial şəbəkələrdə qeydiyyatı qanunla tənzimlənəcək
-
NASA astronavtlara hava sızması səbəbindən mümkün təxliyəyə hazırlaşmaq göstərişi verib
-
"Azərbaycan Dəmir Yolları" 5 ayda sərnişin daşınmasını 16 % artırıb
-
AFFA Qazax şəhərində 100-dən çox uşağın iştirakı ilə futbol festivalı təşkil edib
-
Şimali Koreya lideri yeni esminesin dəniz sınaqlarını yoxlayıb
