Alparslan Bayraktar: "Bu gün Kilisdə tarixi bir ana şahidlik edirik"
Bu gün Türkiyənin Kilis şəhərində tarixi bir ana şahidlik edirik.
"Report"un Kilisə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.
Onun sözlərinə görə, Türkiyə-Suriya dostluğunun enerji sahəsində ən önəmli nişanı olan Türkiyə-Suriya təbii qaz boru kəməri xəttinin açılışı üçün toplaşmışıq.
"Bu beynəlxalq layihədə birliktə çalışdığımız Suriya, Azərbaycan və Qətərə təşəkkür edirəm. Bu təbii qaz boru xəttinin ölkələrimiz və xalqlarımıza bərəkət və rifah, bölgəmizdə isə sülh gətirməsini diləyirəm", - nazir bildirir.
SOCAR ilə birlikdə Azərbaycan qazının Türkiyə-Suriya sərhədində təhvil verilməsini nəzərdə tutan “swap” (mübadilə) razılaşmasının imzalandığını bildirən Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar kədərli və sevincli günlərdə daim Türkiyənin yanında olan Azərbaycanın bu layihədə də dəstəyini əsirgəmədiyini qeyd edib. Azərbaycanın təbii qazının Kilis vasitəsilə Suriyaya ixrac olunacağını söyləyən nazir “Yavuzlu Ölçmə” Stansiyasından gündəlik 6 milyon kubmetr təbii qazın nəql olunacağını bildirib.
A. Bayraktar Suriyaya qaz ixracı nəticəsində oradakı elektrik stansiyalarının da yaxın zamanda fəaliyyətə başlayacağını deyib. İlkin mərhələdə Suriyaya ildə 2 milyard kubmetrə qədər təbii qaz ixracı mümkün olacaq. Bu təbii qaz vasitəsilə təqribən 1200 meqavatlıq quraşdırılmış güc aktivləşəcək. Bu layihə Suriyada həyatın normallaşmasına çox ciddi töhfə verəcək, insanların həyat səviyyəsini yüksəldəcək və ölkəyə geri qayıdış prosesini sürətləndirəcək.
Oxşar xəbərlər
Alparslan Bayraktar: "Azərbaycan qazının Suriyaya tədarükü avqustun 2-də başlayacaq"
Mikayıl Cabbarov: Azərbaycan Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyur
Alparslan Bayraktar: “Cənub Qaz Dəhlizinin potensialından tam istifadə edilməsinə hazırıq”
Türkiyənin Energetika Nazirliyi: Suriyadakı sabitlik Avropaya qaz nəqlinə imkan verəcək
Alparslan Bayraktar: Rusiyadan qaz idxalına təsir edəcək istənilən qərarın əleyhinəyik
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Azercell"də dəyişiklik - Bu xidmətləri də dayandırır
-
Azərbaycanda bəzi cərimələr sərtləşdirilir
-
“e-Sosial” portalında yenilik əlilliyi olan şəxslər üçün istifadə rahatlığının artırılmasına xidmət edir – AÇIQLAMA
-
Deputat: Qızıl ehtiyatlarının artması dəyər qazanan aktivlərə daha çox vəsaitin yönəldilməsinə imkan yaradır
-
Leyla Əliyeva "ASAN Məktub" sosial proqramının 10 illiyinə həsr olunan tədbirdən paylaşım edib
-
Milli Məclisin bugünkü iclasının gündəliyi dəyişib








