Deputat: Gənclərin əyalətlərdə çalışması üçün şərtləri daha cazibədar etməliyik
Gənclərin əyalətlərdə çalışması üçün şərtləri daha cazibədar etməliyik.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2025-ci ildə fəaliyyəti haqqında məlumatı” müzakirəsi zamanı deputat Elnarə Akimova deyib.
Deputat bildirib ki, rayon və kəndlərdə təhsilə diqqəti artırmalıyıq, sosial dəstəyi gücləndirməliyik: “Diplom alan gənclərə əyalətlərdə çalışmaq üçün şərtləri daha cazibədar etməliyik. Bu mənada Prezident İlham Əliyevin peşə təhsili ilə bağlı atdığı mütərəqqi addımlar yüksək dəyərləndirilməlidir. Bu gün gender bərabərliyinin təmin olunması istiqamətində həyata keçirilən siyasətin nəticəsidir ki, Azərbaycan qadını dövlət idarəçiliyində, parlamentdə, təhsildə, səhiyyədə, elmdə, sahibkarlıqda və ictimai həyatın bütün sahələrində fəal iştirak edir, dövlətimizin inkişafına mühüm töhfələr verir”.
Oxşar xəbərlər
Gender bərabərliyinin təmininə nəzarəti həyata keçirən orqanın məlumatı qəbul edilib
Deputat: Gender bərabərliyi deyəndə kişilərin hüquqlarının diskriminasiyasından söhbət getməməlidir
Deputat: Zəfər tariximizin yenidən yazılmasını, ədəbiyyatda baxış yenilənməsini labüd edib
Qüdrət Həsənquliyev: Ailələrin qız övladlarından niyə imtina etməsi araşdırılmalıdır
Deputat dövlət nəzarətindən kənarda dini təhsillə bağlı məsələlərin insan alveri cinayəti kimi qiymətləndirilməsini təklif edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İstifadə edilməmiş məzuniyyətə görə nə qədər PUL VERİLİR? VACİB MƏQAM
-
May ayında Bakıda belə yağışın yağmasını xatırlamıram
-
Bu qadınlar pensiyaya 60 yaşında çıxsın - Təklif
-
2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib
-
"TikTok" və "YouTube" Böyük Britaniyada uşaqlar üçün təhlükəli hesab olunub
-
Bakı-Tbilisi qatarının sərnişinlərinin NƏZƏRİNƏ
