Türkiyəli nazir: “Azərbaycandan qaz alışı üzrə uzunmüddətli öhdəliklər götürməyə hazırıq”
sizinxeber.az xəbər saytı

Türkiyəli nazir: “Azərbaycandan qaz alışı üzrə uzunmüddətli öhdəliklər götürməyə hazırıq”


Türkiyə Azərbaycandan əlavə qaz həcmlərinin tədarükünə uzunmüddətli öhdəliklər götürməyə hazırdır.

“Sizinxeber.az” “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.

Nazirin sözlərinə görə, Türkiyənin neft, qaz və elektrik enerjisinə tələbatı sürətlə artır: “Əgər növbəti 15 il ərzində Azərbaycandan əlavə təbii qaz həcmləri mövcud olarsa, bizim daxili bazarımız açıqdır. Türkiyə sənayesi, iqtisadiyyatı, əhalisi artır və biz uzunmüddətli alış müqaviləsi bağlamağa hazırıq”.

Bununla yanaşı, o qeyd edib ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi üçün təkcə Türkiyə və Azərbaycanın deyil, Avropanın da fəal mövqe sərgiləməsi vacibdir.

Nazir Türkiyənin enerji mərkəzi olmağa doğru inamla irəlilədiyini vurğulayıb: “Türkiyə Avropaya ixrac edilən qazı iki dəfə artırmağa hazırdır. Türkiyə və Azərbaycan arasındakı enerji əməkdaşlığı dünyaya nümunədir. Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə gündəlik 700 min barel neft dünya bazarına çıxarılır. Trans-Anadolu (TANAP) və Trans-Adriatik (TAP) boru kəmərlərinin illik ümumi ötürmə gücü 32 milyard kubmetr təşkil edir”.

A.Bayraktar əlavə edib ki, 2027-ci ilə qədər Azərbaycanın Avropaya qaz ixracını iki dəfə artırmasına imkan verəcək infrastruktur artıq hazırdır.

Oxşar xəbərlər

Haber Global: Türkiyə COP29-da emissiya hədəflərinə çatmaq üçün nüvə enerjisinin inkişafını sürətləndirəcəyini açıqlayıb
Alparslan Bayraktar: "Türkiyə Zəngəzur dəhlizinin açılmasında maraqlıdır" - EKSKLÜZİV
Türkiyənin Energetika Nazirliyi: Suriyadakı sabitlik Avropaya qaz nəqlinə imkan verəcək
Azərbaycan Türkiyəyə “yaşıl enerji” tədarükünü müzakirə edib - YENİLƏNİB
Nazir: Türkiyə nüvə enerjisi tədarük etmək istəyir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər