Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 4 dəfə artırıb
sizinxeber.az xəbər saytı

Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 4 dəfə artırıb


Bu ilin yanvar-mart aylarında Gürcüstan Azərbaycandan 22,1 milyon ABŞ dolları dəyərində 31 min 177 ton neft və neft yağları idxal edib.

"Sizinxeber.az"un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, 2025-ci ilin eyni dövrünün göstəricisindən dəyər ifadəsində 4 dəfə, kəmiyyət olaraq 4 dəfə çoxdur.

Beləliklə, Azərbaycan Gürcüstanın neft və neft yağları idxal etdiyi ölkələr sırasında 5-ci yerdə qərarlaşıb.

2026-cı ilin ilk 3 ayında Gürcüstan xarici ölkələrdən 339 milyon ABŞ dolları dəyərində 451 min ton neft və neft yağları alıb ki, bu da bir il əvvəlki göstəricilərdən müvafiq olaraq 12 % və 13 % çoxdur.

Hesabat dövründə Gürcüstana Rusiyadan 117,4 milyon ABŞ dolları dəyərində 180,4 min ton, Rumıniyadan 40,85 milyon ABŞ dolları dəyərində 57 min ton, Türkiyədən 34,1 milyon ABŞ dolları dəyərində 34,6 min ton, Bolqarıstandan 30,6 milyon ABŞ dolları dəyərində 37,6 min ton neft və neft yağları gətirilib.

Xatırladaq ki, 2025-ci ildə Gürcüstan xaricdən 1,4 milyard ABŞ dolları dəyərində 1,8 milyon ton neft və neft yağları alıb ki, bunun da 118 milyon ABŞ dolları dəyərində 172 min tonu Azərbaycanın payına düşüb.

Oxşar xəbərlər

Gürcüstan Azərbaycandan neft və neft yağlarının idxalını 9 dəfədən çox artırıb
Gürcüstanın Azərbaycana avtomobil satışı 22 % azalıb, dəyəri isə 14 % artıb
Azərbaycan Gürcüstandan avtomobil idxalını 53 % azaldıb
Azərbaycan Gürcüstandan ötən il avtomobil idxalını 43 % azaldıb
Azərbaycanın Özbəkistanla ticarət dövriyyəsinin dəyəri 13 ilin maksimumuna çatıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər