BMT rəsmisi: "İcma dialoqları təhlükəsizlik və etimadda mühüm rol oynayır"
İcma dialoqları təhlükəsizlik və etimadın qurulmasında mühüm rol oynayır.
"Report" xəbər verir ki, bunu BMT-nin İqlim Təhlükəsizliyi Mexanizminin məsləhətçisi Antonio Sampayo Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində təşkil olunmuş "Daha təhlükəsiz və dayanıqlı şəhərlərin formalaşdırılması: Şəhər iqlimi, sülh və təhlükəsizlik üzrə siyasət sənədinin layihəsi"nin müzakirəsində bildirib.
Onun sözlərinə görə, institusional mühafizənin və təhlükəsizlik qurumlarının gücləndirilməsi, şəffaflığın artırılması və korrupsiya ilə mübarizə də mühüm istiqamətlərdən biridir: "Ekoloji sülh quruculuğunun digər vacib sahəsi isə resursların idarə edilməsindən icmalar arasında etimad və əməkdaşlıq yaratmaq vasitəsi kimi istifadə olunmasıdır. Məsələn, iki icma qıt su mənbəyi uğrunda mübarizə aparırsa, onları birgə su paylama sistemi qurmağa təşviq etmək mümkündür. Bu, sadə görünən nümunə olsa da, mahiyyət etibarilə ortaq təbii resursların birgə idarə olunmasına əsaslanır. Şəxsən mənim xüsusilə maraqlandığım digər istiqamət isə icmaları bir araya gətirən dialoq platformalarıdır. Mən Transmilli Mütəşəkkil Cinayətkarlığa Qarşı Qlobal Təşəbbüs və bir sıra yerli təşkilatlarla birlikdə Nayrobidə "Ortaq Təhlükəsizlik Dialoqları" adlı təşəbbüs həyata keçirmişəm. Bu layihə olduqca uğurlu nəticələr verdi".
"Biz üç mərhələdən ibarət dialoq prosesi təşkil etdik. İlk iki mərhələdə hüquq-mühafizə orqanları, yerli və milli hökumət nümayəndələri, müxtəlif dövlət qurumlarının təmsilçiləri və polis əməkdaşları ayrıca bir araya gətirildi. Paralel digər görüşlərdə Nayrobinin müxtəlif ərazilərindən, xüsusilə də aşağıgəlirli İstli (Eastleigh) qəsəbəsindən vətəndaş cəmiyyəti və yerli icma təşkilatları toplandı. Dialoqun ilk mərhələlərində tərəflər problemləri müzakirə etdilər, növbəti mərhələdə isə konkret həll yolları irəli sürdülər. İşçi qruplarında Somalidən iqlimlə bağlı miqrasiya, İstlidə miqrantların üzləşdiyi risklər, cinsi istismar təhlükəsi, hədə-qorxu ilə pul tələb etmə, kriminal iqtisadiyyat kimi məsələlər müzakirə olunurdu. Üçüncü mərhələdə isə hüquq-mühafizə orqanları, hökumət nümayəndələri və vətəndaş cəmiyyəti bir araya gələrək yekun "Ortaq Təhlükəsizlik Paktı"nı təsdiqlədi. Hazırda həmin sənəd hökumət və hüquq-mühafizə strukturları ilə paylaşılır. Bu təşəbbüs həm yerli, həm də beynəlxalq etibarlı təşkilatların dəstəyi ilə həyata keçirilən icma dialoqlarının uğurlu nümunəsi kimi diqqət çəkir",- deyə ekspert qeyd edib.
Oxşar xəbərlər
Antonio Sampayo: "Davamlılıq təkcə infrastruktur deyil, etibar və iştirakçılıq da tələb edir"
BMT: İqlim, sülh və təhlükəsizlik yanaşmaları risklərin idarə olunmasına hazırlığı artırır
BMT: İqlim, sülh və təhlükəsizlik kimi mürəkkəb çağırışlar pərakəndə fəaliyyətdən çoxunu tələb edir
Antonio Sampayo: "Ekosistemlərdəki risklər şəhər sistemlərinə zəncirvari təsir edir"
BMT: İqlim dəyişiklikləri sülh və təhlükəsizlik risklərini artırır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
