Afrikada Ebolaya qarşı mübarizə üçün təxminən 319 milyon dollar lazımdır
sizinxeber.az xəbər saytı

Afrikada Ebolaya qarşı mübarizə üçün təxminən 319 milyon dollar lazımdır


Konqo Demokratik Respublikası və Uqandada baş verən Ebola epidemiyasına qarşı mübarizə aparmaq üçün Afrikaya təxminən 319 milyon dollar lazımdır.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Afrika Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzlərinin baş direktoru Jan Kaseya onlayn brifinqdə bildirib.

"Bu, ölkələrin xəstəliklərin qarşısının alınması və ya onlara cavab verilməsi üçün tələb etdiyi büdcədir. Bunun 265 milyon dolları Konqo Demokratik Respublikası və Uqanda, daha 54 milyon dolları isə digər Afrika ölkələri tərəfindən tələb olunur ", - deyə o əlavə edib.

Konqo Demokratik Respublikası və Uqanda hakimiyyəti 15 mayda Ebola epidemiyası elan edib. Xəstəliyə ilk dəfə 2007-ci ilin payızında Uqandada müəyyən edilmiş Bundibugyo Ebola virusu ştammı səbəb olub. Ölüm nisbəti təxminən 30-50% təşkil edib. Xəstəliyə qarşı heç bir peyvənd və ya spesifik müalicə yoxdur.

Oxşar xəbərlər

ÜST Ebola epidemiyasına görə Konqo və Uqandada fövqəladə vəziyyət elan edib
Cənubi Afrika Ebola ilə mübarizə üçün 2,5 milyon dollar ayırıb
Konqoda Ebola epidemiyasının yeni dalğası qeydə alınıb
Uqandada Ebola virusu əleyhinə peyvəndin sınaqlarına başlanılacaq
Konqodakı amerikalılar Ebola xəstələri ilə təmasda şübhəli bilinirlər

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər