ABŞ millisinin üzvü Tanner Tessmann yayda "Lion"u tərk edə bilər
ABŞ yığmasının yarımmüdafiəçisi Tanner Tessmann yayda Fransanın "Lion" klubundan ayrıla bilər.
"Report" ESPN-ə istinadən xəbər verir ki, 24 yaşlı futbolçuya Almaniya, İtaliya və MLS klubları maraq göstərirlər.
Fransa təmsilçisinin baş məşqçisi Paulu Fonseka yarımmüdafiəçini komandada saxlamaq istəsə də, klub son hesabatdakı böyük maliyyə itkilərindən sonra balansı qorumaq üçün bəzi oyunçularla yolları ayırmalıdır.
Tessmann 2025/2026 mövsümündə meydana çıxdığı 40 qarşılaşmada 2 qol vurub. Onun klubla müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir. Amerikalı oyunçu 2024-cü ilin avqustundan "Lion"da çıxış edir. O, daha əvvəl "Dallas" və "Venetsiya" komandalarının da formasını geyinib.
Qeyd edək ki, "Transfermarkt" portalı futbolçunun dəyərini 10 milyon avro qiymətləndirir.
Oxşar xəbərlər
PSJ yayda "Real"ın futbolçusunu transfer edə bilər
Avropa Liqası: "Qarabağ" və "Lion" komandalarının start heyətləri açıqlanıb
"Liverpul"un qapıçısı yayda klubu tərk edə bilər
"Lion" cari mövsümün sonunda Lyakazettlə vidalaşacaq
İngiltərə klubu kapitanını sata bilər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
