Naxçıvanda polis əməkdaşları arasında döyüş üzrə çempionat keçirilib
sizinxeber.az xəbər saytı

Naxçıvanda polis əməkdaşları arasında döyüş üzrə çempionat keçirilib


Naxçıvanda polis əməkdaşları arasında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə çempionat keçirilib.

Sizinxeber.az-nın yerli bürosu xəbər verir ki, çempionatda muxtar respublika üzrə ərazi polis idarə, şöbələri və İdman Cəmiyyətinin nümayəndələri iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla anılıb. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Ulu Öndərə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Yarışda 72 polis əməkdaşı 6 çəki dərəcəsində mübarizə aparıb, 18 əməkdaş qalib elan edilib.

Komanda idman növündə Naxçıvan MR Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin əməkdaşları birinci, Mühafizə Polisinin komandası ikinci, Naxçıvan Şəhər Polis İdarəsinin komandası isə üçüncü yeri tutub.

Qalib gələn əməkdaşlar medal, diplom və xatirə hədiyyələri ilə təltif ediliblər.

Oxşar xəbərlər

FHN-də Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş tədbir keçirilib
Sumqayıtda Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş idman yarışı keçirilib
Naxçıvan Muxtar Respublikasının FHN-nin əməkdaşları arasında idman yarışları keçirilib
Naxçıvan MR FHN-nin əməkdaşları arasında idman yarışları keçirilib
Səfərbərlik Xidməti yaranma gününü qeyd edib - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər