Meksika və Braziliya liderləri Kuba ilə bağlı ABŞ-yə çağırış ediblər
sizinxeber.az xəbər saytı

Meksika və Braziliya liderləri Kuba ilə bağlı ABŞ-yə çağırış ediblər


Meksika Prezidenti Klaudiya Şeynbaum və Braziliya lideri Luiz İnasio Lula da Silva Kubadakı ağır humanitar böhranla bağlı narahatlıqlarını ifadə ediblər və ABŞ-ın embarqosunun aradan qaldırılmasına çağırıblar.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilib.

Sənədə əsasən, hər iki lider Kubaya qarşı embarqonun aradan qaldırılmasının vacibliyini bir daha təsdiqləyib və ölkənin ağır humanitar vəziyyəti ilə bağlı narahatlıqlarını bölüşüblər.

Tərəflər həmçinin enerji əməkdaşlığı və dövlətə məxsus neft-qaz şirkətləri Pemex və Petrobras arasında mümkün razılaşma da daxil olmaqla geniş ikitərəfli məsələləri müzakirə ediblər.

Bundan əlavə, Meksika və Braziliya ticarət sahəsində hüquqi çərçivəni yeniləmək barədə razılığa gəliblər, dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qaldıqlarını bir daha təsdiqləyiblər və Çilinin keçmiş prezidenti Mişel Baçeletin növbəti BMT Baş katibi vəzifəsinə namizədliyini dəstəklədiklərini bildiriblər.

Oxşar xəbərlər

Braziliya, Meksika və İspaniya Kubaya yardımı artırır
Meksika və Braziliya liderləri ABŞ-nin yeni rəhbərliyi ilə münasibətlərin inkişafına hazırdır
ABŞ Meksika ilə ticarət danışıqlarını 90 gün uzadacaq
Braziliya Prezidenti BRİKS sammitində iştirak edə bilməyəcək
Braziliya prezidenti: Tramp bütün sərhədləri aşıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər