Abas Miskərli: "Sığorta sahəsinin nüfuz səviyyəsinin 3-4 dəfə artırılmasını hədəfləyirik"
sizinxeber.az xəbər saytı

Abas Miskərli: "Sığorta sahəsinin nüfuz səviyyəsinin 3-4 dəfə artırılmasını hədəfləyirik"


Azərbaycanda sığorta sahəsinin nüfuz səviyyəsinin hazırkı göstəricidən 3-4 dəfə artırılması hədəflənir.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Abas Miskərli Bakıda keçirilən XI Azərbaycan Beynəlxalq Sığorta Forumunda bildirib.

Onun sözlərinə görə, ölkədə daxili sığorta bazarı kifayət qədər dinamik və dayanıqlı artım trayektoriyası üzrə inkişaf edir: "Maraqlıdır ki, son 5 il ərzində ümumi bazar artımı 70 %-i ötüb. Bundan başqa, Azərbaycan sığorta bazarı 2025-ci ildə 11 % böyüyüb. Bu genişlənmə ilə paralel olaraq, sığorta ödənişlərinin həcmində də artım qeydə alınıb.

Nəticədə, sığorta haqlarının ÜDM-dəki payı 2025-ci ildə 1,63 %-ə yüksəlib".

A.Miskərli qeyd edib ki, bu sahədə əldə olunan nəticələr bazarın bütün peşəkar iştirakçılarının, xüsusilə də sığorta şirkətlərinin fəal iştirakı sayəsində mümkün olub: "Bundan əlavə, son 6 ildə fəal şəkildə həyata keçirdiyimiz ümummilli sığorta maarifləndirmə kampaniyaları da mühüm rol oynayıb. Qeyd edim ki, bu layihənin ümumi büdcəsi təxminən 3-4 milyon ABŞ dolları təşkil edir. Bu il və qarşıdakı illər üçün isə böyük hədəflərimiz var. Əsas məqsədimiz Azərbaycanda sığortanın nüfuz səviyyəsini hazırkı göstəricidən 3-4 dəfə artırmaq, sığorta haqlarının ÜDM-dəki payını yüksəltmək, sığorta xidmətlərinə əlçatanlığı daha da sadələşdirmək və xüsusilə mövcud qorunma boşluqlarını minimuma endirməkdir".

Oxşar xəbərlər

Azərbaycanın sığorta bazarı 5 %-ə yaxın böyüyüb
Ziya Əliyev: "Azərbaycanda icbari sığorta üzrə penetrasiya səviyyəsını 100 %-ə çatdırmaq mümkündür"
ASA: Bu il sığorta bazarı 10 %-dən çox böyüyəcək
Azərbaycanın sığorta bazarı 2 %-ə yaxın böyüyüb
Özbəkistan sığorta haqlarının ÜDM-ə nisbətinə görə Azərbaycandan geri qalır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər