Meksikalı xilasedicilər Kaliforniyadakı meşə yanğınlarını söndürəcəklər
sizinxeber.az xəbər saytı

Meksikalı xilasedicilər Kaliforniyadakı meşə yanğınlarını söndürəcəklər


Meksika Müdafiə Nazirliyinin iki nəqliyyat təyyarəsi Kaliforniyada meşə yanğınlarının söndürülməsinə kömək etmək üçün 30 meksikalı xilasedicini Los-Anceles Beynəlxalq Hava Limanına çatdırıb.

“Report” xəbər verir ki, bu barədə Meksika Xarici İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Meksika Müdafiə Nazirliyinə məxsus iki təyyarə “Hercules” və “Sparta” yerli vaxtla saat 13:45-də Los-Anceles beynəlxalq hava limanına çatıb.

Bundan əvvəl Meksikanın Milli Meşə Təsərrüfatı Komissiyasının “X” səhifəsində 30 meksikalı xilasedicinin meşə yanğınları ilə mübarizə aparmaq üçün Kaliforniyaya göndərildiyini bildirib.

Oxşar xəbərlər

Meksikalı xilasedicilər yanğınlarla mübarizə üçün Kaliforniyaya gəliblər
Azərbaycanın yanğınsöndürmə təyyarəsi az sonra Türkiyənin hava limanına enəcək
Türkiyə Yunanıstana meşə yanğınları ilə mübarizə üçün yardım təklif edib
Bayden Los-Anceles yanğınlarının nəticəsini müharibə zonası ilə müqayisə edib
Rusiyada meşə yanğınları güclənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər