Zeynal Nağdəliyev fermerin sığorta şirkəti ilə bağlı şikayətinin araşdırılmasını tapşırıb
Qubada keçirilən "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı" çərçivəsində keçirilən müşavirədə, fermerlərdən biri təsərrüfat sahəsinin su altında qaldığını, lakin sığorta şirkətinin dəyən zərəri ödəmədiyini bildirərək narazılığını ifadə edib.
Bu barədə "Report"un Quba rayonuna ezam olunmuş əməkdaşı xəbər verir. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev məsələ ilə bağlı çıxış edərək hər hansı qurum və ya institut haqqında ümumiləşdirilmiş şəkildə belə fikirlər səsləndirməyin düzgün olmadığını bildirib.
O qeyd edib ki, konkret fakt və əsaslar olduğu halda məsələ araşdırılmalıdır.
Z.Nağdəliyev fermerə müraciət edərək şikayətini yazılı şəkildə təqdim etməsini istəyib və məsələnin aidiyyəti qurumlar tərəfindən araşdırılacağını bildirib: "Əgər konkret problem varsa, onu yazılı şəkildə təqdim edin, araşdıraq və məsələyə baxılsın".
Bununla yanaşı, Z.Nağdəliyev fermer və sahibkarları aqrar sığortadan daha fəal istifadə etməyə çağırıb.
"Təbii fəlakətlər və digər risklər qarşısında təsərrüfatların qorunması üçün sığorta vacib alətlərdən biridir. Sahibkar risklərlə üzləşəndə tək qalmamalıdır. Dövlət bu sahədə bütün imkanları yaradıb. Ona görə də fermerlər və sahibkarlar sığortalanmalı, sığorta sisteminin təqdim etdiyi imkanlardan maksimum yararlanmalıdırlar".
Oxşar xəbərlər
Prezidentin köməkçisi: "Təbii fəlakətlərin bütün zərərlərini dövlət ödəməməlidir"
Azərbaycanda 169 min hektardan çox istifadəsiz torpaq yenidən əkin dövriyyəsinə cəlb edilib
Zeynal Nağdəliyev Dövlət Proqramının icrası üçün qurumlararası koordinasiyanı gücləndirməyə çağırıb
Zeynal Nağdəliyev: "Aqroparkların yaradılması bəzi kənd təsərrüfatı məhsulları üzrə idxaldan asılılığı aradan qaldıracaq"
Zəngilanda aqrar sektorun inkişafı müzakirə olunur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Rusiyanın hərbi təyyarəsi İrkutsk yaxınlığında qəzaya uğrayıb
-
"Moody's" ABB-nin kredit reytinqini təsdiqləyib - YENİLƏNİB
-
Gəncədə iki avtomobil toqquşub, 4 nəfər xəsarət alıb
-
AYNA: Bakıda daha 7 ünvanda tibb müəssisələrinə gələnlərə rahat şərait yaradılıb
-
ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb
-
Aİ və Ukrayna üzvlük danışıqlarına rəsmi start verib
