Türkman irsinə həsr olunan yeni musiqi əsəri hazırlanıb
sizinxeber.az xəbər saytı

Türkman irsinə həsr olunan yeni musiqi əsəri hazırlanıb


"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi "Kərkük Oğuz Gözəli" adlı yeni musiqi əsəri ərsəyə gətirib.

"Report" xəbər verir ki, mahnının sözlərinin müəllifi akademik Rafael Hüseynov, bəstəkarı Xalq artisti Siyavuş Kərimidir.

Əsəri əməkdar artist, görkəmli vokal ustası Ramil Qasımov ifa edib.

Estrada-simfonik orkestr və xor kollektivinin də iştirakı ilə yüksək estetik zövqlə işlənilmiş əsər Kərkükün qədim Oğuz-türk ruhunu, Azərbaycanla mənəvi tellərini canlandırır.

Musiqi əsərinin ictimaiyyətə təqdimatı iyunun 25-də Bakıda keçiriləcək II "Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi" Forumu zamanı olacaq.

"Bizi Birləşdirən Mədəniyyət" İctimai Birliyi musiqi əsərinin klip çəkilişlərinin İraq və Suriyada aparılacağını açıqlayıb.

Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

Oxşar xəbərlər

“Türkman marşı” yeni versiyada təqdim edilib
“Nəsimi” operasının premyerası olub
XIV Qəbələ Beynəlxalq Musiqi Festivalı başa çatıb
Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək
Azərbaycanda ilk dəfə "Nəsimi" operası tamaşaya qoyulacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər