Azərbaycan və Belarus nümayəndələrinin işçi görüşü keçirilib
"Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilə Belarus Respublikası Müdafiə Nazirliyi arasında 2026-cı il üçün imzalanmış ikitərəfli hərbi əməkdaşlıq Planı"na əsasən, bu ölkənin Müdafiə Nazirliyinin Qoşun Xidməti İdarəsinin rəisi polkovnik Dmitriy Jukovskiyin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfər edib.
Müdafiə Nazirliyindən APA-ya verilən xəbərə görə, "Qayda və qanunun qorunması və hərbi obyektlərin mühafizəsinin təşkili" üzrə keçirilən işçi görüş çərçivəsində Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisi general-mayor Azər İbrahimov qonaqlarla görüşüb, onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. General-mayor A.İbrahimov dostluq və qardaşlıq münasibətləri üzərində qurulan Azərbaycan-Belarus münasibətlərinin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını qeyd edib.
Polkovnik D.Jukovskiy göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib, birgə fəaliyyət imkanlarının genişləndirilməsinin vacibliyini diqqətə çatdırıb.
Belarus Respublikasının ölkəmizdəki hərbi attaşesinin də iştirak etdiyi görüşdə nümayəndə heyətinə baş idarənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verilib, maraq doğuran suallar cavablandırılıb.
Sonra qonaqlar Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsində olublar. Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin idarənin ərazisində ucaldılmış büstü önünə gül dəstələri qoyularaq xatirəsi hörmət və ehtiramla anılıb.
Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik və Təhqiqat Baş İdarəsi rəisinin müavini - Hərbi Polis İdarəsinin rəisi general-mayor Elgün Əliyev qonaqları salamlayıb, hərbi əməkdaşlığın genişləndirilməsi, təcrübə mübadiləsinin aparılması baxımından qarşılıqlı səfərlərin və bu cür görüşlərin əhəmiyyətini vurğulayıb.
Görüşdə qonaqlara Hərbi Polis İdarəsinin tarixi, strukturu, fəaliyyəti, maddi-texniki təchizat və təlim proqramı barədə brifinq təqdim olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Belarus nümayəndə heyəti, həmçinin xidməti otaqlar və idman zalı ilə tanış olub.
Oxşar xəbərlər
Azərbaycan və Belarus arasında hərbi obyektlərin mühafizəsi müzakirə olunub
Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Azərbaycana gəlib
Azərbaycan və Belarus hərbi hüquqşünaslarının görüşü olub
Bakıda Azərbaycan və Qazaxıstan hərbi nümayəndə heyətləri görüşüb
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda ITFC ilə yeni 3 milyard dollarlıq sazişlər imzalanıb
-
Tural Əsgərov: "Elvin Cəfərquliyevlə maraqlanan klubların sayı çoxdur"
-
Sosial və İqtisadi məsələlər üzrə Üçtərəfli Komissiyanın iclası keçirilib
-
Günay Cəlilova AmCham Azərbaycanın İdarə Heyətinin üzvü seçilib
-
Nazir növbəti 5 ildə Azərbaycan–İİB əməkdaşlığının daha çox hansı sahələrə fokuslanacağından danışıb
-
XİN başçısı: Serbiya və Xorvatiya arasında açıq qalan məsələlərin siyasiləşdirilməsindən çəkinmək lazımdır
