Azərbaycan və Slovakiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
12 iyun tarixində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Slovakiya Respublikasının Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Marek Eştoku qəbul edib.
APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, görüş zamanı, Azərbaycan–Slovakiya ikitərəfli və çoxtərəfli münasibətlərinin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə olunub. Bununla yanaşı regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Tərəflər siyasi dialoqun, qarşılıqlı səfərlərin və institusional əməkdaşlığın ikitərəfli əlaqələrin inkişafına mühüm töhfə verdiyini vurğulayıblar.
Eyni gündə, Azərbaycan Respublikası və Slovakiya Respublikası Xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib.
Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Slovakiya nümayəndə heyətinə isə Slovakiyanın Xarici və Avropa İşləri Nazirliyinin dövlət katibi Marek Eştok rəhbərlik edib.
Məsləhətləşmələr zamanı Azərbaycan və Slovakiya arasında çoxşaxəli strateji tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.
Azərbaycanın təşəbbüskarı və fəal tərəfdaş olduğu mühüm regional və beynəlxalq nəqliyyat layihələri, o cümlədən Orta Dəhliz çərçivəsində oynadığı strateji rol müsbət qiymətləndirilib. Həmçinin, təhsil, mədəniyyət və turizm sahələrində əməkdaşlıq, eləcə də müqavilə-hüquq bazasının genişləndirilməsi məsələləri nəzərdən keçirilib.
Tərəflər beynəlxalq platformalarda qarşılıqlı fəaliyyət, eləcə də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişafı və namizədliklərin qarşılıqlı dəstəklənməsi məsələlərini müzakirə ediblər.
Məsləhətləşmələr zamanı tərəflər regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri və minatəmizləmə tədbirləri, eləcə də qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Azərbaycan–Slovakiya münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub
Azərbaycanla Slovakiya arasında konsulluq məsləhətləşmələri aparılıb
Azərbaycanla Slovakiya arasında ilk konsulluq məsləhətləşmələri aparılıb
Ceyhun Bayramov Moldovanın XİN-in dövlət katibini qəbul edib
Ceyhun Bayramov Lavrovla telefon danışığı aparıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Aliment ödəyənlərə vacib XƏBƏR
-
Açılış niyə yayımlanmadı? - İTV-dən açıqlama
-
DÇ-2026: Cənubi Koreya - Çexiya oyununda ikinci qol vurulub - YENİLƏNİR-4
-
Fərhad Hacıyev: "Yüksəliş" müsabiqəsi idarəçilik sahəsində unikal platforma rolunu oynayır
-
DÇ-2026-nın açılış oyununda CAR Meksikaya məğlub olub - YENİLƏNİB-5
-
Meksika - CAR oyununun ən yaxşı futbolçusu müəyyənləşib
