Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 31 %-dən çox azaldıb
sizinxeber.az xəbər saytı

Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 31 %-dən çox azaldıb


Bu ilin yanvar-may aylarında Azərbaycan 542 milyon 270 min ABŞ dolları dəyərində 26 min 805 ədəd müxtəlif təyinatlı avtomobil idxal edib.

"Sizinxeber.az" Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bunlar, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 31,3 % az və 37,35 % azdır.

Hesabat dövründə sürücü daxil olmaqla 10 nəfər və yaxud daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələrinin idxalı 58,6 % artaraq 333 ədəd (55,257 milyon ABŞ dolları dəyərində), əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələrinin idxalı isə 40 % azalaraq 23 411 ədəd (430,196 milyon ABŞ dolları dəyərində) təşkil edib.

Bu avtomobillərin 2 462-si (52,662 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olanlar istisna olmaqla daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 6 318-i (140,777 milyon ABŞ dolları dəyərində) elektrik enerjini xarici mənbədən doldurma qabiliyyətinə malik olan, daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri, 468-i (12,253 milyon ABŞ dolları dəyərində) isə yalnız elektrik mühərriklə hərəkətə gətirilən nəqliyyat vasitələridir.

Bu isə birincinin 68,1 %, ikincinin 41 %, üçüncünün isə 39 % azalması deməkdir.

Bundan əlavə, yük daşımaq üçün mühərrikli nəqliyyat vasitələrinin idxalı 16,3 % azalaraq 2 794 ədəd (25,291 milyon ABŞ dolları dəyərində), xüsusi təyinatlı motorlu nəqliyyat vasitələrinin idxalı isə 16,1 % artaraq 267 ədəd (31,526 milyon ABŞ dolları dəyərində) olub.

Oxşar xəbərlər

Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 15 %-dən çox azaldıb
Azərbaycan avtomobil idxalını 10 % azaldıb
Azərbaycan avtomobil idxalını 8 % azaldıb
Azərbaycan avtomobil idxalını 9 % azaldıb
Azərbaycan avtomobil idxalına çəkdiyi xərci 23 %-dən çox artırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər