

ABŞ bu gün Kanada və Meksika mallarına rüsumların azaldılmasını elan edə bilər
Vaşinqton administrasiyası martın 5-də Kanada və Meksika məhsullarına rüsumların azaldılmasını elan edə bilər.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə ABŞ-nin ticarət naziri Hovard Latnik məlumat verib.
“ABŞ Prezidenti Donald Tramp güzəştlərin edilməsi imkanlarını nəzərdən keçirir”, - o qeyd edib.
Nazirin sözlərinə görə, güzəştlər artıq martın 5-də elan oluna bilər və bu, ilk növbədə avtomobillərə aid olacaq.
“Tariflər 25 % olacaq, lakin bəzi kateqoriyalar istisna təşkil edəcək. Bunlar avtomobillər və ya başqa şeylər ola bilər”, - Latnik söyləyib.
O, potensial istisnaları Trampın birinci dövründə müzakirə edilən ABŞ-Meksika-Kanada Ticarət Müqaviləsi (USMCA) ilə əlaqələndirib. Bununla belə, nazir əlavə edib ki, Mexiko və Ottava sərhədləri vasitəsilə ABŞ-yə narkotik qaçaqmalçılığını dayandırmaq üçün daha çox çalışmalıdır.
Xatırladaq ki, Tramp fevralın 1-də Kanada, Çin və Meksikadan gələn mallara rüsumları artıran sərəncam imzalayıb. Çindən idxala 10 %-lik tariflər fevralın 4-də qüvvəyə minib, Kanada və Meksika məhsullarına rüsumlar isə həmin ölkələrin hökumətləri ilə danışıqlara qədər bir ay ertələnib. ABŞ martın 4-dən tariflər tətbiq etməyə başlayıb.
Oxşar xəbərlər
Hovard Lutnik: ABŞ prezidenti tariflər məsələsində Meksika və Kanada ilə razılığa gələ biləcək
ABŞ bu gündən Kanada və Meksika mallarına rüsumlar tətbiq edəcək
Bayden: Ümid edirəm, Tramp Kanada və Meksika mallarına rüsum barədə fikrini dəyişəcək
Kanada ABŞ-dən 155 milyard dollarlıq mallara 25% cavab rüsumları tətbiq edəcək
ABŞ Kanada, Çin və Meksikadan idxal edilən mallara rüsum tətbiq edəcək - YENİLƏNİB
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
İsrail Qəzza müharibəsinin başlanmasından bəri ABŞ-dan 90 tondan çox hərbi yük alıb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
