AEBA-nın Baş direktoru bu həftə İrana gedəcək
sizinxeber.az xəbər saytı

AEBA-nın Baş direktoru bu həftə İrana gedəcək


Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) baş direktoru Rafael Qrossi bu həftə İrana səfər edəcək.

“Report” İSNA-ya istinadən xəbər verir ki, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib.

Onun sözlərinə görə, Rafael Qrossinin səfəri ilə bağlı razılıq əldə olunub:

“Təfərrüatlara və görüşlərə gəlincə, Vyanadakı missiyamızın baş direktorun ofisi ilə qarşılıqlı əlaqədə izlədiyi məqamlar var. Prinsipcə, səfər bu həftə baş tutacaq”.

İran XİN sözçüsü Rafael Qrossinin Tehrana səfərinin əvvəlcədən planlaşdırıldığını, onun İran və ABŞ arasında Maskatda keçirilən dolayı danışıqların birinci raundu ilə bağlı əlaqəsi olmadığını da vurğulayıb.

Oxşar xəbərlər

AEBA-nın baş direktoru gələn həftə Pakistana səfər edəcək
AEBA-nın baş direktoru İrana gedəcək
AEBA Baş direktoru oktyabrda İrana səfər etməyə ümid edir
Rafael Qrossi gələn həftə Kiyevə gedəcək
Rafael Qrossi İran Prezidentindən görüş üçün cavab aldığını açıqlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər