Ukrayna Rusiyanın hərbi obyektlərinə, neft emalı zavoduna zərbə endirib
sizinxeber.az xəbər saytı

Ukrayna Rusiyanın hərbi obyektlərinə, neft emalı zavoduna zərbə endirib


Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiyanın Krasnodar diyarındakı "İlski" neft emalı zavodunun (NEZ) vurulduğunu bəyan edib.

"Sizinxeber.az" "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Məlumata görə, obyekt iyunun 1-də və iyunun 2-nə keçən gecə vurulub. Zərbədən sonra müəssisənin ərazisində yanğın baş verib. Zərərin miqyası dəqiqləşdirilir.

Bundan başqa, Baş Qərargah Vidnoye rayonunda "Pantsir-S1" zenit-raket kompleksinin vurulduğunu və işğal altındakı Krımda Rusiya qoşunlarının gəmisinə zərbə endirildiyini bəyan edib.

Oxşar xəbərlər

Ukrayna Tuapsedə NEZ-ə və Krımda radiolokasiya stansiyasına zərbə endirib
Ukrayna Rusiyaya məxsus NEZ və PUA anbarına zərbələr endirib
Ukrayna ordusu Çelyabinsk aerodromunda Rusiya hərbi təyyarələrinin vurulduğunu açıqlayıb
Ukrayna ordusu Rusiyanın bir sıra mühüm obyektlərinə zərbə endirib
Ukrayna ordusu Rusiyada Saratov NEZ-ə hücum edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər