Ukrayna Rusiyaya məxsus NEZ və PUA anbarına zərbələr endirib
sizinxeber.az xəbər saytı

Ukrayna Rusiyaya məxsus NEZ və PUA anbarına zərbələr endirib


Ukrayna Müdafiə Qüvvələrinin bölmələri mayın 8-nə keçən gecə Rusiyanın Yaroslavl vilayətindəki "Yaroslavl" neft emalı zavoduna (NEZ) və Rostovdakı pilotsuz uçuş aparatları (PUA) anbarına zərbələr endirib.

"Sizinxeber.az" Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə ölkənin Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ukrayna tərəfinin məlumatına görə, zərbələrdən sonra obyektlərdə yanğınlar baş verib.

Baş Qərargahdan bildirilib ki, "Yaroslavl" NEZ illik emal gücü təxminən 15 milyon ton olan Rusiya neft emalı sənayesinin əsas müəssisələrindən biridir.

"Dəyən ziyanın miqyası dəqiqləşdirilir", - məlumatda qeyd olunub.

Bundan əlavə, Ukrayna qüvvələri Rusiyanın nəzarətində olan Luqanskdakı "Luqanskaya" neft bazasının, müxtəlif yaşayış məntəqələrindəki yanacaq-sürtkü materialları anbarlarının və Rusiya qoşunlarının təmir bölməsinin vurulduğunu bəyan ediblər.

Həmçinin Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının məlumatına görə, Zaporojye vilayətinin işğal olunmuş ərazisindəki Rusiya qoşunlarının rabitə qovşaqlarına zərbələr endirilib.

"Digər obyektlərlə yanaşı, Zaporojye vilayətinin Mixaylovka ərazisində Rusiyanın "Tor-M2" zenit-raket kompleksi və Krımda "Kasta-2E" radiolokasiya stansiyası vurulub", – bildirilib.

Oxşar xəbərlər

Ukrayna ordusu Rusiyanın bir sıra mühüm obyektlərinə zərbə endirib
Ukrayna Tuapsedə NEZ-ə və Krımda radiolokasiya stansiyasına zərbə endirib
Baş Qərargahı: Ukrayna Müdafiə Qüvvələri Rusiya aerodromlarına zərbələr endirib
Ukrayna "Kaça" aerodromuna və Simferopoldakı neft bazasına zərbə endirib
Ukrayna Rusiya ərazisindəki hərbi hissəyə və neft emalı zavoduna zərbələr endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər