Danimarka ərazisində ABŞ ordusuna geniş səlahiyyətlər verib
Danimarka Parlamenti (Folketinq) ABŞ Ordusuna krallıq ərazisində geniş səlahiyyətlər, o cümlədən üç hava bazasına - Karup, Skrıdstrup və Olborqa maneəsiz giriş verən yeni müdafiə sazişini təsdiqləyib.
"Sizinxeber.az"un "The Guardian"a istinadən verdiyi xəbərə görə, 2023-cü ilin dekabrında Cozef Bayden administrasiyası altında imzalanan saziş ABŞ qoşunlarının və texnikasının yerləşdirilməsi, təlim və digər əməliyyatların aparılmasını nəzərdə tutur.
Bundan əlavə, Danimarkada cinayət törədən ABŞ hərbi qulluqçuları ölkənin hüquq sisteminə deyil, ilk növbədə ABŞ-nin yurisdiksiyasına tabe olacaqlar.
Sənəd yeni sazişin Danimarkanın suverenliyini pozan hüquq müdafiəçiləri və bir sıra siyasətçilərin tənqidinə səbəb olub. “Birlik Siyahısı” Partiyasının lideri Pelle Draqsted bildirib ki, saziş ölkəyə ziyan vurur və faktiki olaraq Danimarkada yerli hakimiyyətin nəzarəti altında olmayan zonalar yaradır.
Sazişi deputatların böyük əksəriyyəti dəstəkləyib: 94 lehinə səs verib, 11 əleyhinə çıxıb. Bununla belə, Danimarkanın İnsan Haqları İnstitutu xəbərdarlıq edib ki, qanun ABŞ hərbçilərinə etirazların qarşısını almağa və səlahiyyətdən sui-istifadəyə görə məsuliyyətdən yayınmağa imkan verə bilər.
Oxşar xəbərlər
ABŞ Qrenlandiyanı ələ keçirərsə, Danimarka amerikalılarıa müdafiə müqaviləsini ləğv edəcək
Danimarka İsveçlə sərhəddə nəzarəti gücləndirəcək
Danimarka müdafiə üçün əlavə 7 milyard dollar ayıracaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Uşaqlara əxlaqsız təkliflər olunur" - Təhlükə saçan "Sugo" proqramı nədir? - VİDEO
-
PSJ UEFA Çempionlar Liqasının qalibi olub
-
May ayının son gününə olan hava proqnozu açıqlanıb
-
Azərbaycan millisinin futbolçusu Rəvan Kərimov: "Hər oyuna qələbə üçün çıxırıq"
-
Oğuzda minik avtomobili ağaca çırpılıb, xəsarət alanlar var - VİDEO
-
Xətai rayonunda oğurluq edən 3 nəfər saxlanılıb
