Danimarka Bornholm adasındakı hərbi mövcudluğunu gücləndirəcək
sizinxeber.az xəbər saytı

Danimarka Bornholm adasındakı hərbi mövcudluğunu gücləndirəcək


Danimarka Nazirlər Kabineti Baltik dənizi sahilindəki Bornholm adasındakı hərbçilərin sayını artırmaq barədə qərar qəbul edib.

“Report” xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Hazırda adada 200 nəfərlik kəşfiyyat bölməsi yerləşdirilib. Onun Danimarkanın başqa ərazisinə köçürülməsi planlaşdırılır.

Bornholmda yerləşdirilmək üçün 1000 nəfərə qədər ayrıca piyada alayının yaradılması təklif olunur. Yeni bölmənin məqsədi Baltikdə Danimarka müdafiəsini gücləndirmək olacaq.

Qeyd edək ki, 2033-cü ilə qədər Kopenhagen ordunun sayını 5 min nəfər artıraraq 28 min nəfərə çatdırmağı planlaşdırır. Çağırışçıların sayı 6,5 min nəfərə çatdırılacaq.

Oxşar xəbərlər

Danimarka Arktikada hərbi mövcudluğunu gücləndirəcək
Danimarka müdafiə üçün əlavə 7 milyard dollar ayıracaq
Danimarka Qrenlandiyanın müdafiəsini yeni patrul gəmiləri və F-35-lərlə gücləndirəcək
Danimarka ABŞ ilə onun Arktikadakı maraqlarını müzakirə etməyə hazırdır
Danimarka Qrenlandiyadakı aviabazasını gücləndirməyi planlaşdırır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər