Danimarka 2040-cı ilə qədər pensiya yaşını 70-ə qaldıracaq
sizinxeber.az xəbər saytı

Danimarka 2040-cı ilə qədər pensiya yaşını 70-ə qaldıracaq


Danimarka parlamenti pensiya yaşının mərhələli şəkildə 70 yaşa qədər artırılmasını nəzərdə tutan qanun layihəsini təsdiqləyib.

“Report” Avropa mətbuatına istinadən xəbər verir ki, 81 deputat qanun layihəsinin lehinə, 21 deputat isə əleyhinə səs verib.

Plana görə, pensiya yaşı mərhələli şəkildə artırılacaq: 2030-cu ilə qədər 68 yaşa, 2035-ci ilə qədər 69 yaşa, 2040-cı ilə qədər 70 yaşa çatacaq.

Qeyd edək ki, hazırda Danimarkada insanlar 67 yaşında pensiyaya çıxırlar.

Bu ideyanın tərəfdarları pensiya yaşının artırılmasının zəruriliyini ölkədə gözlənilən ömür uzunluğunun artması ilə əlaqələndirirlər. Həmkarlar ittifaqları isə öz növbəsində bu addımları tənqid edir.

Oxşar xəbərlər

Çexiyada pensiya yaşı 67-yə qaldırılır
Azərbaycanda pensiya yaşı artırıla bilər
Ölkənin tanınmış qadınları aldıqları pensiya ilə dolana bilirlərmi?
Ötən ay Azərbaycanda yaşa görə pensiya alanların sayı 700 mindən çox olub
Argentina parlamenti pensiya ilə bağlı qanuna veto qoya bilməyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər