Gürcüstanlı professor: Yerli azərbaycanlılar ölkədəki ictimai-siyasi proseslərdə mühüm rol oynayırlar
Yerli azərbaycanlılar Gürcüstanda gedən ictimai-siyasi proseslərdə mühüm rol oynayırlar. Azərbaycanlılar Gürcüstanın suveren vətəndaşları kimi ölkəmizin suverenliyi, müstəqilliyi və azadlığı uğrunda mübarizədə canlarından keçiblər.
Bu sözləri “Report”un Gürcüstan bürosuna müsahibəsində gürcüstanlı politoloq, Suxumi Dövlət Universitetinin professoru Zurab Papaskiri söyləyib.
O vurğulayıb ki, azərbaycanlılar həm də Bakı ilə münasibətlərin möhkəmləndirilməsində körpü rolunu oynayırlar: “Bu gün Gürcüstanı azərbaycanlılarsız təsəvvür etmək mümkün deyil”.
Politoloq bildirib ki, bəzi insanlar Gürcüstanda hakimiyyət dəyişikliyi barədə düşünürlər:
“İstənilən dəyişikliklərin fonunda insanları maraqlandıran məsələlərdən biri də hakimiyyət dəyişikliyi baş verəcəyi təqdirdə Gürcüstanın qonşu ölkələrlə münasibətinin necə olacağıdır”.
“Lakin mən düşünürəm ki, Gürcüstanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq qonşu ölkələrlə, xüsusən də Azərbaycanla münasibətlər dəyişməyəcək”, – o qeyd edib.
O deyib ki, Gürcüstan – Azərbaycan dostluq münasibətlərinin qədim tarixi var: “Bu gün iki ölkə arasında əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Siyasi mövqeyindən asılı olmayaraq Gürcüstanda hakimiyyətə kim gəlsə bu münasibətlərə xələl gətirə bilməz. Buna gürcü xalqı imkan verməz”.
“Azərbaycan bizim yaxın qonşumuz, strateji tərəfdaşımızdır. Bizim xalqlarımız arasındakı əlaqələr qardaşlıq münasibətləri səviyyəsinə yüksəlib. Bunu heç kim poza bilməz” – professor vurğulayıb.
Oxşar xəbərlər
Gürcü politoloq: Qərb ölkələri Gürcüstanda çaxnaşma salmağa çalışırlar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vato Şakarişvili: Qərbdə unudurlar ki, Gürcüstan ABŞ-nin bayrağındakı 51-ci ulduz deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcü politoloq: Ölkə daxilində bəzi qüvvələr Qərbin maraqlarına xidmət edirlər [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazir: Gürcüstanda istənilən süni iğtişaş yaratmağa cəhd edənlər cəzalandırılacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcü politoloq: Bəzi güclərə Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması sərf eləmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












