İspaniya millisi dünya çempionatları tarixində unikal rekorda imza atıb
sizinxeber.az xəbər saytı

İspaniya millisi dünya çempionatları tarixində unikal rekorda imza atıb


İspaniya millisi dünya çempionatları tarixində unikal rekorda imza atıb.

"Report" "Opta Jose" nəşrinə istinadən xəbər verir ki, son Avropa çempionu buna DÇ-2026-nın H qrupunun II turunun matçında Səudiyyə Ərəbistanını məğlub etdiyi oyunda nail olub.

İspaniya tarixdə 18 yaşda iki oyunçunun mundial matçında qol vurduğu ilk milli komanda olub.

Lamin Yamal (18 yaş 343 gün) ötən gün 4:0 hesabı ilə qalib gəldikləri görüşdə fərqlənib. Daha əvvəl Qavi (18 yaş, 110 gün) 2022-ci ildə keçirilən turnirdə, Kosta-Rika ilə oyunda adını tabloya yazdırıb.

Xatırladaq ki, ABŞ, Kanada və Meksikada təşkil olunacaq DÇ-2026 iyulun 19-da başa çatacaq.

Oxşar xəbərlər

Lamin Yamal "Barselona"da 100 oyun keçirən futbolçular arasında yeni rekorda imza atıb
Lamin Yamal daha bir rekorda imza atıb
Lamin Yamal Çempionlar Liqasında rekorda imza atıb
"Barselona"nın futbolçusu "Real"la oyunda rekorda imza atıb
DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanını darmadağın edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər