Vato Şakarişvili: Qərbdə unudurlar ki, Gürcüstan ABŞ-nin bayrağındakı 51-ci ulduz deyil
sizinxeber.az xəbər saytı

Vato Şakarişvili: Qərbdə unudurlar ki, Gürcüstan ABŞ-nin bayrağındakı 51-ci ulduz deyil


Qərbdə unudurlar ki, Gürcüstan ABŞ-nin bayrağındakı 51-ci ulduz deyil.

Bu sözləri "Report"un Gürcüstan bürosuna müsahibəsində gürcü politoloq, professor Vato Şakarişvili söyləyib.

Onun fikrincə, Gürcüstanda hökümətə, dövlətə ciddi müxalifət yoxdur, bu da hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının üstünlüyünü göstərir:

“Sabitlik, inkişaf tərəfdarı olan xalq hakim partiyanı dəstəkləyir. Hazırkı hakimiyyəti istəməyən, qəbul etməyən dairələr, Qərb və ABŞ administrasiyası isə Gürcüstanda sabitliyi pozmağa çalışır”.

Professorun sözlərinə görə, ABŞ-nin təsiri altında olan Qərb dairələri, Avropa İttifaqı açıq-aşkar seçkiqabağı kampaniyaya qatılır, müdaxilə edirlər.

Politoloq hesab edir ki, onların məqsədi Gürcüstanda qanuni hakimiyyəti qeyri-demokratik yolla dəyişməkdir.

“Qeyri-diplomatik yolla çalışırlar ki, oktyabrın 26-da keçiriləcək seçkiləri antidemokratik elan etsinlər. Onlar çalışacaqlar ki, cəmiyyətdə qarışıqlıq yaratsınlar. Özlərinə tabe edə biləcəkləri şəxsləri hakimiyyətə gətirməklə Gürcüstanı öz istədikləri kimi idarə etmək istəyirlər”, - Vato Şakarişvili deyib.

O bildirib ki, həmin qüvvələr LGTB-ni dəstəkləyən qanunları Gürcüstanda tətbiq etməyə çalışırlar. Bundan başqa, Rusiyaya qarşı ikinci cəbhə açmaq, sanksiyalar tətbiq etmək istəyirlər:

“Amma unudurlar ki, Gürcüstan ABŞ-nin bayrağındakı 51-ci ulduz deyil. Gürcüstan azad, suveren, demokratik və müstəqil bir dövlətdir. Bizim xalq əsirlər boyu bu dəyərlər uğrunda qan töküb və vuruşub. Biz çox müharibələrə sinə gərmişik. İndi isə kənar qüvvələr bizim daxili işlərimizə qarışsalar, bu, çox pis nəticələr verə bilər” – Şakarişvili vurğulayıb.

Oxşar xəbərlər

Gürcü politoloq: Qərb ölkələri Gürcüstanda çaxnaşma salmağa çalışırlar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcü politoloq: Azərbaycanda iğtişaş yaratmağı bacarmayan Qərb ölkələri indi Gürcüstana fokuslanıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcü politoloq: Qərb Cənubi Qafqaza təsir rıçaqlarını əldən vermək istəmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcüstanda qəbul edilən amnistiya qərarı 6 min məhbusu əhatə edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Baş nazir: Gürcüstan parlamenti birpartiyalı ola bilər [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər