ABŞ-ın Vitse-prezidenti: İranla danışıqlar çox yaxşı keçib, əhəmiyyətli irəliləyiş əldə olunub
sizinxeber.az xəbər saytı

ABŞ-ın Vitse-prezidenti: İranla danışıqlar çox yaxşı keçib, əhəmiyyətli irəliləyiş əldə olunub


İranla danışıqlar çox yaxşı keçib, əhəmiyyətli irəliləyiş əldə olunub.

APA xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens brifinq zamanı deyib.

O bildirib ki, ABŞ İranla danışıqlarda dörd əsas məsələyə nail olub: “Biz Hörmüz boğazının açıq olması üçün mexanizm istəyirdik. İndi Hörmüz boğazı açıqdır və təbii qazın qiymətləri düşür. Milyonlarla barel neft Hörmüz boğazından keçir”.

Vensin sözlərinə görə, ikinci məsələ regional atəşkəsin təmin edilməsi və münaqişələrin qarşısının alınması üçün də mexanizmin yaradılması idi və buna da nail olunub: “Bundan başqa AEBA müfəttişlərinin İranın nüvə təsisatlarına baxış keçirməsinə dair razılıq əldə edilib. Bu, İranın nüvə proqramının daimi olaraq sonlandırılması üçün ilk addım idi. Sonuncu, dördüncü məsələ isə texniki danışıqların başlaması idi”.

Ceyms Devid Vens İranla yaxşı razılaşma üçün bünövrənin qoyulduğunu, mühüm irəliləyişlərin əldə edildiyini, amma qarşıda hələ də görülməli çox işin olduğunu qeyd edib.

Oxşar xəbərlər

Vens İranla danışıqlarda irəliləyiş olduğunu açıqlayıb
Vens: ABŞ İsrailin mövqeyindən asılı olmayaraq İranla razılaşma əldə etməyə nail olacaq
Vens: Tramp İranla münaqişəni sonadək diplomatik yolla həll etməyə çalışacaq
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
Tramp İranla nüvə sazişi üzrə irəliləyiş əldə olunduğunu bəyan edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər