Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 22 %-ə yaxın azalıb
sizinxeber.az xəbər saytı

Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 22 %-ə yaxın azalıb


Bu ilin I rübündə Azərbaycanın tədiyyə balansının ümumi kəsiri 322,9 milyon ABŞ dolları təşkil edib.

"Report"bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,8 % azdır.

1 il bundan əvvəl tədiyyə balansında 413 milyon ABŞ dolları kəsir olub.

Tədiyyə balansının kəsiri dedikdə, söhbət rüb ərzində reallaşmış ehtiyat aktivlərinin azalmasından gedir. Bu göstərici hesablanan zaman BPM6 (Beynəlxalq Valyuta Fondunun Tədiyyə Balansı üzrə Təlimatının 6-cı nəşri) qaydalarına və manualına uyğun olaraq yenidən qiymətləndirmə və məzənnə fərqi nəzərə alınmır.

Oxşar xəbərlər

Azərbaycanın ötən il tədiyyə balansında 1 milyard dollardan çox kəsir olub
Azərbaycanın tədiyyə balansında 9 ayda 182 milyon dollar profisit yaranıb
Azərbaycanın tədiyyə balansında I yarımildə 648 milyon dollar profisit yaranıb
ADB Azərbaycanın tədiyyə balansı üzrə 2026–2027-ci illər üçün proqnozlarını açıqlayıb
Azərbaycanın cari əməliyyatlar balansının profisiti 46 %-ə yaxın artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər