Gürcü politoloq: Ölkə daxilində bəzi qüvvələr Qərbin maraqlarına xidmət edirlər
Gürcüstanın daxilində olan bəzi qüvvələr ABŞ və Qərb dövlətlərinin maraqlarına xidmət edirlər.
Bu sözləri "Sizinxeber.az"un Gürcüstan bürosuna müsahibəsində gürcü politoloq Georgiy Xaindrava deyib.
O qeyd edib ki, Qərbin və ABŞ-nin əlində oyuncaq olan bu qüvvələr başa düşmürlər ki, onlar bu yolla gürcü xalqını fəlakətə sürükləyirlər.
Onun sözlərinə görə, belə qüvvələrin başında dayananlardan biri prezident Salome Zurabişvilidir:
“Zurabişvili çoxdandır ki, Gürcüstanın prezidenti yox, bu ölkədə Qərbin rezidentidir. Onu xarici agentlərin rəhbəri təyin ediblər və Gürcüstanda inqilab etmək üçün təlimatlandırıblar. Bu ssenari ABŞ-də “Makkeyn İnstitutu”nda yazılıb. Bu ssenari üzrə bir çox QHT-lər və media qurumları da fəaliyyətdədir”.
Politoloq vurğulayıb ki, ölkədə qarışıqlıq yaratmaq istəyən hər hansı bir qüvvə Gürcüstan xalqının düşmənidir.
“Gürcüstanın indiki prezidenti xalqı aldatdı və onu dəstəkləyənlərə arxa çevirdi. Mən əminəm ki, hakim “Gürcü Arzusu- Demokratik Gürcüstan” Partiyası bu seçkilərdə çox böyük qələbə qazanacaq və parlamentdə çoxluq təşkil edərək impiçment məsələsini də sona çatdıracaq” – deyə, G.Xaindrava vurğulayıb.
Oxşar xəbərlər
Gürcü politoloq: Qərb ölkələri Gürcüstanda çaxnaşma salmağa çalışırlar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcü politoloq: Bəzi güclərə Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olması sərf eləmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Vato Şakarişvili: Qərbdə unudurlar ki, Gürcüstan ABŞ-nin bayrağındakı 51-ci ulduz deyil [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcü politoloq: Azərbaycanda iğtişaş yaratmağı bacarmayan Qərb ölkələri indi Gürcüstana fokuslanıblar [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gürcü politoloq: Qərb Cənubi Qafqaza təsir rıçaqlarını əldən vermək istəmir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












