Məsud Pezeşkian sabah Pakistana səfər edəcək
sizinxeber.az xəbər saytı

Məsud Pezeşkian sabah Pakistana səfər edəcək


İran Prezidenti Məsud Pezeşkian Pakistana səfər edəcək.

APA xəbər verir ki, bu barədə İran Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr üzrə baş direktoru Həbib Abbasi məlumat verib.

Abbasi İran Prezidentin səfərinin sabah baş tutacağını və böyük ehtimalla bir gün davam edəcəyini bildirib.

Onun sözlərinə görə, səfərin məqsədi əvvəlki ikitərəfli görüşlər zamanı əldə olunmuş razılaşmaların icrasını müzakirə etmək, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi imkanlarını araşdırmaq, həmçinin İran Prezidentinin şəxsən ABŞ və İran arasında vasitəçilik səylərinə görə Pakistan rəhbərliyinə öz təşəkkürünü çatdırmaqdır.

Oxşar xəbərlər

Pezeşkian sabah Tacikistana səfər edəcək
Rəsmi Tehran Məsud Pezeşkianın COP29-da iştirak edəcəyini təsdiqləyib
İran prezidenti Məsud Pezeşkian Nyu Yorka səfər edəcək
Pezeşkian sabah Pakistana səfər edəcək
İran Prezidenti Məsud Pezeşkian gələn həftə Azərbaycana səfər edəcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər