"Araz-Naxçıvan" Rəşad Həsənovla anlaşıb
sizinxeber.az xəbər saytı

"Araz-Naxçıvan" Rəşad Həsənovla anlaşıb


Transfer çalışmalarını davam etdirən "Araz-Naxçıvan" futbolçu Rəşad Həsənovla anlaşıb.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisi məlumat yayıb.

Mərkəz müdafiəçisi yeni mövsümdə komandanın formasını geyinəcək.

Onunla imzalanan müqavilənin müddəti 1 illikdir. "Keşlə", "Şamaxı" və "Zirə-2" klublarında çıxış edən 23 yaşlı futbolçu son mövsümü I Liqada mübarizə aparan "Cəbrayıl"ın heyətində keçirib. O, müxtəlif illərdə Azərbaycanın U-16, U-17, U-19 və U-21 millilərinə də dəvət alıb.

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Oxşar xəbərlər

"Araz-Naxçıvan" Qara Qarayev və Slavik Alxasovun müqaviləsinin müddətini uzadıb
"Araz-Naxçıvan" İbrahim Piriyevlə müqavilənin müddətini uzadıb
"Araz-Naxçıvan" daha bir futbolçunun transferini açıqlayıb
“Araz-Naxçıvan” iki futbolçu ilə yeni müqavilə imzalayıb
"Qarabağ"ın sabiq futbolçusu "Araz-Naxçıvan"a transfer olunub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər