ADY: Sərnişin və yük qatarlarının sürət həddi endirilib
Azərbaycan Dəmir Yolları (ADY) paytaxt Bakı və regionlarda müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə Abşeron dairəvi, Bakı–Ağstafa–Bakı, Bakı–Qəbələ–Bakı və Bakı–Balakən–Bakı marşrutları üzrə hərəkət edən sərnişin qatarlarının sürət həddini endirib.
ADY-dən "Sizinxeber.az-Economics"ə verilən məlumata görə, bununla əlaqədar qatarların qrafikində qismən kənara çıxma halları müşahidə oluna bilər.
Hərəkət iştirakçılarına bu cür hava şəraitində dəmiryol keçidlərindən istifadə zamanı yüksək sayıqlıq göstərməyi və ehtiyatlı olmağı tövsiyə edir, sərnişinlərdən stansiya və platformalarda qatarları gözləyərkən diqqətli olmalarını xahiş edirik.
Qeyd edək ki, yük qatarlarının da sürət həddi qeyri-sabit hava şəraitinə uyğun olaraq tənzimlənir.
Oxşar xəbərlər
Hava ilə bağlı dəmir yolunda qatarların sürət həddi endirilib
Azərbaycanda dəmir yolu marşrutları üzrə sürət həddi endirilib
Azərbaycanda sərnişin qatarlarında sürət həddi endirilib
ADY sərnişin qatarlarında sürət həddini endirib
Hava şəraiti ilə əlaqədar qatarların sürət həddi endirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













