Sizinxeber.az » Dəhlizlər » Azərbaycan ərazisindən keçən dəhlizlərdə daşınan yüklərin həcmi artıb

Azərbaycan ərazisindən keçən dəhlizlərdə daşınan yüklərin həcmi artıb

Bu ilin yanvar-iyun aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizlərində daşınmış yüklərin həcmi 16 407,6 min ton, yük dövriyyəsi isə 6 633,5 milyon ton-km olub.

"Sizinxeber.az-Economics" Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 0,2% və 2,4% artım müşahidə olunub.

Məlumata görə, Şərq-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi 8 170 min ton, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizi ilə - 4 242,1 min ton, Şimal-Cənub nəqliyyat dəhlizi ilə - 4 807,7 min ton, Şimal-Qərb nəqliyyat dəhlizi ilə - 3 248,8 min ton, Cənub-Qərb nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi isə 181,1 min ton təşkil edib.

Yüklərin 7 506,7 min tonu və ya 45,8%-i dəmir yolu nəqliyyatı, 5 004,4 min tonu və ya 30,5%-i avtomobil nəqliyyatı, 3 896,5 min tonu və ya 23,7%-i dəniz nəqliyyatı ilə daşınmışınıb. Nəqliyyat dəhlizləri vasitəsilə daşınmış yüklərin 59,2%-i və ya 9 707,6 min tonunu tranzit yüklər təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Комментарии

ƏN ÇOX OXUNAN / ŞƏRH EDİLDİ
  1. Prezident İlham Əliyevin doğum günüdür
  2. Baş nazir: "Türkiyədəki 870 MVt-lıq elektrik stansiyasının alqı-satqısına dair sənəd imzalanacaq"
  3. "Haber Global" Bakıda təşkil olunan forumdan reportaj hazırladı: "Orta Dəhlizin cəlbediciliyi və istifadə imkanları artıb"
  4. Bayrama görə pul kimə, necə veriləcək? - Dəqiq izah
  5. Milli Məclis Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılmasını son oxunuşda qəbul edib
  6. Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
  7. Siqaretin qiymətində kəskin artım: Nə baş verir?
  8. Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Azərbaycana səfərə gəlib
  9. MTK-lar daxili krediti niyə azaldıblar? - VİDEO
  10. Bu şəxslərə bayramla əlaqədar 500 manat mükafat verildi
«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
SÖZÜM VAR !