Tədqiqatçı: Qərbi azərbaycanlıların qayıdış hüququnun bərpası digər xalqlara nümunə olacaq
Qərbi azərbaycanlıların qayıdış hüququnun bərpası digər münaqişə bölgələrində xalqlara da nümunə olacaq.
"Sizinxeber.az" xəvər verir ki, bunu Avrasiya Araşdırmaları Mərkəzinin aparıcı tədqiqatçısı Jakub Voytsex Koreyba Bakıda “Qayıdış hüququ: Ermənistandan zorla çıxarılmış azərbaycanlılar üçün ədalətin təmin edilməsi” mövzusunda keçirilən II beynəlxalq konfransda deyib.
Onun sözlərinə görə, dünyanı yaşamaq üçün daha yaxşı məkana çevirmək lazımdır:
"İnsanların zorla yaşadıqları ərazidən qovulması heç bir halda qəbul edilməməlidir. Qayıdış hüququ beynəxlalq hüquqda təsbit edilib. Ona görə də bu hüququ bərqərar etmək üçün müvafiq hüquqi alətlər yaratmışıq".
J.Voytsex Ermənistanın Qərbi azərbaycanlıların torpaqlarına qayıtmaq hüququna və icrasına imkan yaratmamasından təəssüfləndiyini bildirib:
"Ermənistan müsadirə etdiyi və ələ keçirdiyi əmlakı qaytarmalı, yaxud təzminat ödəməlidir. İnsanlar dədə-baba torpaqlarına qayıtmalıdırlar. Vaxtilə sahib olduqları əmlaka yiyələnməlidirlər. Biz Azərbaycan irsinin Ermənistan tərəfindən məhv edildiyini görmüşük. Bu, Azərbaycanın və Qərbi azərbaycanlıların irsinin pozulması deməkdir".
Oxşar xəbərlər
Əziz Ələkbərli: İcma yurdlarına qayıtmaq istəyən yüzminlərlə azərbaycanlının hüququ uğrunda mübarizə aparır
İcma sədri: Ermənistan mədəni irsimizin araşdırılması üçün UNESCO-nun missiya göndərməsinə icazə vermir
Ermənistan Qərbi azərbaycanlıların öz yurdlarına qayıtmalarına süni əngəllər yaratmamalıdır - RƏY
Prezident: Ermənistan Qərbi azərbaycanlıların hüquqlarının bərpası istiqamətində addımlar atmalıdır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
DÇ-2026: Argentina Avstriyaya qarşı ilk hissəni Messinin qolu ilə öndə tamamlayıb - YENİLƏNİR-3
