Gələn il musiqi, incəsənət məktəblərində çalışan 4100 müəllimin attestasiyadan keçirilməsi planlaşdırılır
Bu gün Muzey Mərkəzində musiqi, incəsənət məktəb və mərkəzlərində müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı brifinq keçirilib.
Sizinxeber.az xəbər verir ki, brifinqdə Mədəniyyət nazirin müşaviri Cəsarət Valehov, Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova və digər şəxslər iştirak ediblər.
Brifinqdə açılış nitqi ilə çıxış edən Mədəniyyət Nazirliyinin Media və Kommunikasiya şöbəsinin müdiri Aynur Kərimova deyib ki, musiqi təhsili son zamanlar prioritet istiqamətlərdəndir və bununla bağlı yeni addımlar atılır.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov çıxışında deyib ki, öllkədə minlərlə adam musiqi müəllimi vəzifəsini daşıyır və Musiqi, incəsənət məktəb və mərkəzlərində müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi onların hamısına aiddir:
"Mənim öz təhsilim də musiqi ilə bağlı olduğu üçün bu sahə ilə yaxından tanışam. Müəllimlərin bacarıqlarını qiymətləndirmək, əlbəttə, təbii haldır”.
Daha sonra çıxış edən Mədəniyyət nazirinin müavini Cəsarət Valehov bildirib ki, 2025-ci ildə Bakı, Abşeron-Xızı, Şirvan-Salyan, Mil-Muğan və Quba-Xaçmaz idarələri üzrə 4100 müəllimin attestasiyadan keçirilməsi planlaşdırılır:
"Attestasiya prosesi ilk mərhələdə fortepiano və musiqi nəzəriyyəsi ixtisasları üzrə olacaq. Attestasiya fevral ayının 3-dən başlayacaq. Fortepiano üzrə təhsilalanlar və təhsil verənlərin sayı çoxluq təşkil etdiyi üçün ilkin olaraq həmin ixtisas üzrə olacaq. 2025-ci ilin sonunda bu ərazilərdə attestasiya prosesi yekunlaşacaq. 2026-cı ildə isə digər bölgələrin idarələri üzrə attestasiya prosesinin keçirilməsi planlaşdırılır. Beləliklə, 2026-cı ildə respublika üzrə tam yekunlaşdırılması nəzərdə tutulub".
Oxşar xəbərlər
İki il ərzində musiqi məktəblərində çalışan müəllimlərin bilik və bacarıqlarının ölçülməsi yekunlaşacaq
Müşavir: Bəzi musiqi məktəblərində müəllimlərin təhsil səviyyəsi ürəkaçan deyil
Nazir müşaviri: Bəzi musiqi məktəblərində müəllimlərin təhsil səviyyəsi ürəkaçan deyil
Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin nəticələri elan olunub
Mədəniyyət Nazirliyinin təqaüd proqramının seçim mərhələsi başa çatıb - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












