Bülbülün xatirəsinə həsr olunmuş "Xalqın mədəni sərvəti" layihəsinin bağlanış mərasimi olub
sizinxeber.az xəbər saytı

Bülbülün xatirəsinə həsr olunmuş "Xalqın mədəni sərvəti" layihəsinin bağlanış mərasimi olub


Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının dahi Bülbülün əziz xatirəsinə həsr olunmuş "Xalqın mədəni sərvəti" layihəsinin təntənəli bağlanış mərasimi Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solistlərinin iştirakı ilə baş tutub.

Filarmoniyadan Sizinxeber.az-ya verilən xəbərə görə, konsert proqramında Əməkdar artistlər Ramil Qasımov, İnarə Babayeva, İlahə Əfəndiyeva, Səbinə Vahabzadə, solistlər Səma Həmzəyeva, Nigar Cəfərova, Adil Axundov, Rza Xosrovzadə, Fəhmin Əhmədli, Taleh Yahyayev Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Koroğlunun, Nigarın, Həsən xanın ariyası, Xanəndə qızın mahnısı, "Sənsiz", Asəf Zeynallının "Ölkəm" romanslarını, Cakomo Puççininin "Toska", "Bohema", "Edqar" operalarından ariyalar ifa ediblər.

İfaçıları Əməkdar artistlər İlahə Sadıqzadə, Zülfiyyə Sadıqova, Nüşabə İsa, Nigar Hüseynzadə müşayiət ediblər.

Oxşar xəbərlər

"Xalqın Mədəni Sərvəti" layihəsində Bülbül vokal məktəbinin konserti baş tutub
"Xalqın mədəni sərvəti" layihəsi Bülbülə həsr olunub
"Nizami" operası Gəncədə nümayiş edilib - FOTO
Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Xalqın mədəni sərvəti" layihəsi başa çatıb
Gəncə Dövlət Filarmoniyasında "Bakıdan Gəncəyə" klassik musiqi gecəsi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər