İsrail və "Hizbullah" arasında qarşılıqlı raket zərbələri qeydə alınıb
sizinxeber.az xəbər saytı

İsrail və "Hizbullah" arasında qarşılıqlı raket zərbələri qeydə alınıb


İsrail Müdafiə Ordusu "Hizbullah"ın hücumuna cavab olaraq Livanın paytaxtı Beyrutun Dahiya rayonunda qruplaşmanın obyektlərinə zərbələr endirib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katsın birgə bəyanatında deyilir.

"İsrail öz ərazisinin atəşə tutulmasına dözməyəcək", - məlumatda dəqiqləşdirilir.

"Hizbullah" öz növbəsində rəsmi "Telegram" kanalında bildirib ki, Livanın Nəbatiyə vilayətinin Əl-Ədissa şəhərində İsrail ordusunun yeni yaradılmış artilleriya mövqeyinə raketlə zərbə endirib.

İsrail hərbçiləri bildiriblər ki, "Hizbullah" İsrailin şimal rayonlarına üç mərmi atıb və bu, atəşkəs rejiminin ciddi şəkildə pozulmasıdır. Mərmilərin Şomra və Şlomi yaşayış məntəqələri yaxınlığına düşdüyünü əlavə edən qurum, bunun ötən həftəsonu əraziyə düşən iki mərmidən əlavə olaraq baş verdiyini qeyd edib.

Oxşar xəbərlər

İsrail ordusu Beyrut ətrafında "Hizbullah" obyektinə zərbə endirib
"Hizbullah" İsrail ordusunun obyektlərinə zərbələr endirib
“Hizbullah” İsrail ərazisinə yeni zərbələr endirib
İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın istifadə etdiyi binaya zərbə endirib
İsrail Livanın cənubunda "Hizbullah"ın 70-dən çox obyektinə zərbələr endirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər