"Xalqın mədəni sərvəti" layihəsi Bülbülə həsr olunub
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təqdim etdiyi "Xalqın mədəni sərvəti" layihəsi Azərbaycan professional vokal sənətinin banisi, SSRİ Xalq artisti, professor, ictimai xadim Bülbülə həsr olunub.
APA xəbər verir ki, layihənin ilk günü Gəncə Dövlət Filarmoniyasında Bülbülün əziz xatirəsinə həsr olunmuş konsert proqramı baş tutub.
Konsertdə Xalq artisti Sevinc İbrahimova, Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artistlər Kəmalə Tağızadə, Tural Abdullayev, solist Vasif Bayramov Üzeyir Hacıbəylinin “Sevgili canan”, “Sənsiz”, Asəf Zeynallının “Ölkəm”, Fikrət Əmirovun “Ulduz”, “Gülüm” romanslarını, Müslüm Maqomayevin “Şah İsmayıl" operasından Aslan şahın ariyasını, Səid Rüstəmovun "İntizar", Vasif Adıgözəlovun "Qərənfil" əsərlərini ifa ediblər.
Oxşar xəbərlər
Gəncə Dövlət Filarmoniyasinda "Musiqinin gücü" layihəsi Milli Musiqi Gününə həsr olunub - FOTO
Gəncə Dövlət Filarmoniyasında Məhəmməd Füzulinin 530 illiyi qeyd edilib - FOTO
Gəncə Dövlət Filarmoniyasında Səid Rüstəmovun mahnılarından ibarət konsert olacaq
"Xalqın Mədəni Sərvəti" layihəsi dahi Bülbülə həsr olunacaq
Gəncədə "Nizami klassik musiqidə" adlı gecə təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
Prezident: Azərbaycan birtərəfli qaydada Ermənistana malların tranziti üzərindəki məhdudiyyətləri aradan qaldırıb












