Gəncə Dövlət Filarmoniyasında "Bakıdan Gəncəyə" klassik musiqi gecəsi keçirilib
Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında "Bakıdan Gəncəyə" layihəsi təqdim olunub.
Bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı çərçivəsində həyata keçirilib.
Gəncə Dövlət Filarmoniyası və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının birgə təşkilatçılığı ilə baş tutan klassik musiqi gecəsində Xalq artisti Sevinc İbrahimova, Əməkdar artist Kəmalə Tağızadə, filarmoniyanin solistləri Rüstəm Cəfərov, Elmir Pişnamazzadə, Vasif Bayramov, Opera və Balet Teatrının solisti Günel Hacıyeva çıxış ediblər. Gecədə Üzeyir Hacıbəylinin "Koroğlu" operasından Nigarın ariyası, Həsən xanın ariyası, "Arşın mal alan" operettasından Gülçöhrənin ariyası, Əsgərin mahnısı, Niyazinin "Arzu" romansı, Ş.F.Qunonun "Faust" operasından Mefistofelin kupletleri səsləndirilib.
Oxşar xəbərlər
Gəncədə "Bakıdan Gəncəyə" layihəsi çərçivəsində klassik musiqi gecəsi keçiriləcək
Gəncə Dövlət Filarmoniyasinda "Musiqinin gücü" layihəsi Milli Musiqi Gününə həsr olunub - FOTO
Gəncə Dövlət Filarmoniyasında "Ruhun qidası" adlı konsert proqramı baş tutub
"Nizami" operası Gəncədə nümayiş edilib - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
ASCO-nun "Süleyman Vəzirov" borudüzən gəmisi təmirdən sonra istismara qaytarılıb
-
Mərdəkanda dənizdə batan 4 nəfərdən 2-nin meyiti tapılıb - YENİLƏNİB
