İşə düzəltmək adı altında dələduzluq - 75 nəfər zərərçəkən var
İşə düzəltmək adı altında 100 nəfərdən çox vətəndaşa qarşı dələduzluq etməkdə təqsirləndirilən Zahid Muradovla Nailə Məmmədovanın cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Sizinxeber.Az "Qaynarinfo"ya istinadla xəbər verir ki, iş baxılması üçün Xəzər Rayon Məhkəməsinə göndərilib. Cinayət işinin məhkəmə istintaqı hakim Emin Rüstəmovun sədrliyi ilə aparılacaq.
75 nəfər iş üzrə zərərçəkən kimi tanınıb. Zaur Muradovla Nailə Məmmədova ötən ilin sentyabrında Xəzər Rayon Polis İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.
Adıçəkilən şəxslərin əməlləri ilə bağlı polis idarəsinə şikayətlər daxil olub. Araşdırmalar zamanı məlum olub ki, Zahid Muradovla Nailə Məmmədova "WhatsApp" platformasında saxta "işə düzəltmə" səhifələri yaradıblar.
Özlərini vətəndaşlara səlahiyyətli şəxslər kimi təqdim edərək onlarda inam formalaşdırıblar. Sonrakı müddətdə isə həmin şəxsləri müxtəlif idarələrdə işlə təmin edəcəkləri adı altında aldadaraq onların pul vəsaitlərini ələ keçiriblər.
Zahid Muradovla Nailə Məmmədova Cinayət Məcəlləsinin 178.2.1-ci (Dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə mühakimə ediləcək.
Bu maddədə 4000 manatdan 7000 manatadək miqdarda cərimə və ya əmlakı müsadirə olunmaqla və ya olunmamaqla 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulur.
Oxşar xəbərlər
İşə düzəltmək adı ilə 100-dən çox vətəndaşın pulunu ələ keçirməkdə şübhəli bilinənlər saxlanılıblar
Bakıda həbs edilən tanınmış uşaq bağçasının direktorunun məhkəməsi başlayır, 100-dən çox zərərçəkən var
Bakıda 75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb
Vətəndaşların pullarını mənimsəyən şəxs saxlanıldı
Yusif İldırımzadənin qardaşı cinayət məsuliyyətinə cəlb edilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Brendlərin adları haradan gəlib? - SƏHƏR OXUSU
-
Azərbaycanda bu ailələr yeni mənzillərlə təmin olunacaq
-
Binalarda təhlükə: Yanğın çıxışları niyə bağlıdır? VİDEO
-
Vəfat etmiş şəxsin pensiya kapitalı vərəsələrinə veriləcək? - AÇIQLAMA
-
"Evi bir neçə nəfərə satıblar" - Bünövrədən mənzil almaq ağıllı seçimdir, yoxsa risk? - VİDEO












