Yusif İldırımzadənin qardaşı cinayət məsuliyyətinə cəlb edilib » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
02 
noy
2024
10:30

Yusif İldırımzadənin qardaşı cinayət məsuliyyətinə cəlb edilib

02 noy, 2024
10:30
733

Yusif İldırımzadənin qardaşı cinayət məsuliyyətinə cəlb edilib

Xətainin sabiq prokuroru Yusif İldırımzadənin qardaşı Rasim İldırım barəsində cinayət işi başlanılıb.

“Report”un əldə etdiyi məlumata görə, ona verilən ittihama əsasən, Rasim İldırım jurnalist, “Bakutime.az” saytının təsisçisi olan Zaur Mirzəzadə və Qoşqar Məmmədovla əlbir olaraq bir nəfər zərərçəkən şəxsə qarşı xüsusilə külli miqdarda dələduzluq etməkdə təqsirləndirilir.

Onlar barəsində Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq, xüsusilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham verilib.

İş üzrə aparılan ibtidai istintaq başa çatdırılıb və baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Fəxri Məmmədovun icraatında araşdırılacaq.

Qeyd edək ki, Rasim İldırımın bir qardaşı da Əmrah Bankın təsisçisi Yunus İldırımzadədir.

Bizimlə əlaqə saxlayın