Milli Dram Teatrında "Xəyaldan səhnəyə" konserti baş tutub
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Sənət Musiqi və İncəsənət Mərkəzinin təşkilatçılığı ilə "Xəyaldan səhnəyə" adlı konserti keçirilib.
"Sizinxeber.az" xəbər verir ki, tədbirdə mərkəzin tələbələri musiqi, rəqs və balet nömrələri ilə çıxış edərək il ərzində əldə etdikləri bilik və bacarıqları tamaşaçılar qarşısında nümayiş etdiriblər.
Rəngarəng səhnə nömrələri uşaqların yaradıcılıq potensialını, səhnə mədəniyyətini və sənətə olan marağını əks etdirib.
Qeyd edək ki, tədris ili ərzində Sənət Musiqi və İncəsənət Mərkəzinin təşkilatçılığı ilə müxtəlif mərkəzdaxili konsertlər, yaradıcılıq sərgiləri və tamaşalar da keçirilib. Sərgilərdə uşaqlar rəsm və heykəltaraşlıq sahəsində hazırladıqları əsərləri təqdim edərək yaradıcılıq dünyalarını və bədii təxəyyüllərini nümayiş etdiriblər.
Həmçinin Sənət Musiqi və İncəsənət Mərkəzi dünyanın nüfuzlu təhsil və imtahan qurumlarından biri olan Trinity College London ilə əməkdaşlıq edir və bu əməkdaşlıq çərçivəsində kollecin Azərbaycandakı yeganə rəsmi imtahan mərkəzi kimi fəaliyyət göstərir. Mərkəzin əsas məqsədi uşaqların yaradıcılıq potensialını üzə çıxarmaq, onların estetik zövqünü formalaşdırmaq, incəsənətin müxtəlif istiqamətləri üzrə bacarıqlarını inkişaf etdirmək və özünü sərbəst ifadə edə bilən fərdlər kimi yetişmələrinə dəstək olmaqdır.
Oxşar xəbərlər
Musiqi və incəsənət məktəblərində tədris proqramları yenilənib
Azərbaycanda teatrlar ildə nə qədər tamaşa səhnələşdirirlər? – Siyahı
“Euronews” kanalı DOST Mərkəzinin fəaliyyətinə dair videoreportaj hazırlayıb
Daş Salnamə Muzeyində "Çərçivədən kənar" adlı inklüziv incəsənət sərgisi açılıb
Uill Smitin Bakıda konserti baş tutub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Ronald Koeman: "Yaponiya ilə matçda qələbəni əldən vermək məyusedicidir"
-
Kiyev Rusiya ordusu tərəfindən dron və raket atəşinə tutulub
-
Yaponiya millisinin baş məşqçisi: "Bərabərlik qolu komandanın xarakterini göstərdi"
-
Prezident İlham Əliyev Donald Trampı yubileyi münasibətilə təbrik edib
-
Vens: ABŞ-İran sazişi Yaxın Şərqi 50 il ərzində dəyişdirə bilər
-
Prezident İlham Əliyev: Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması Azərbaycan-ABŞ münasibətlərini keyfiyyətcə yeni səviyyəyə qaldırıb
