Dövlət Mülki Aviasiya Agentliyi: Sıfır emissiya məqsədinə nail olmaq mümkündür
Sıfır emissiya məqsədi iddialı hədəf olsa da, buna nail olmaq mümkündür.
"Sizinxeber.az" xəbər verir ki, bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin (DMAA) direktor müavini Nazim Ziyadov COP29 çərçivəsində keçirilən “Beynəlxalq Aviasiya və iqlim dəyişikliyi" mövzusunda yüksək səviyyəli panel müzakirəsində deyib.
"Ətraf mühit mövzusu müxtəlif sahələri əhatə edir. Odur ki, bununla bağlı müxtəlif maraqlı tərəflərin olması bəzi çətinliklər yaradır. Hər kəs üçün əsas məsələ ətraf mühitin dünyadakı hər bir maraqlı tərəf üçün əsas prioritet sahə hesab edildiyi bir vəziyyət yaratmaqdır. Lakin biz bu prosesi irəli aparmalıyıq, çünki hamımız bilirik ki, sıfır emissiya hədəfi kifayət qədər iddialıdır. Amma buna nail olunacağına inanıram. Lakin bu, hamımız üçün çətin proses olacaq", - N. Ziyadov bildirib.
Oxşar xəbərlər
Yeni Zelandiyalı qonaq: "Aviasiyada "xalis sıfır emissiya"ya nail olmaq üçün 20-40 il lazımdır"
COP29-da beynəlxalq aviasiyanın dekarbonizasiyasının son nailiyyətləri müzakirə olunacaq
Dövlət Mülki Aviasiya Agentliyi və ICAO tərəfdaşlıq sənədi imzalayıb
COP29 çərçivəsində beynəlxalq mülki aviasiya ilə bağlı tədbir keçirilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi COP29 çərçivəsində keçirəcəyi tədbirləri açıqlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin











