Yeni Zelandiyalı qonaq: "Aviasiyada "xalis sıfır emissiya"ya nail olmaq üçün 20-40 il lazımdır"
sizinxeber.az xəbər saytı

Yeni Zelandiyalı qonaq: "Aviasiyada "xalis sıfır emissiya"ya nail olmaq üçün 20-40 il lazımdır"


Aviasiya sahəsində "xalis sıfır emissiya"ya nail olmaq üçün 20, 30, hətta 40 il vaxt lazımdır.

"Report" xəbər verir ki, bunu Yeni Zelandiyadan olan xeyriyyəçi və sahibkar Deyv Roz bu gündən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində - tədbirin Yaşıl Zonasının açılışında bildirib.

"Aviasiya sahəsi atmosferə buraxılan karbon emissiyalarında böyük paya malikdir. Amma bunu azaltmağın yolları var. Bu baxımdan COP29 ilə tərəfdaşlıqan çox qürur duyuruq", - deyə o qeyd edib.

Bundan başqa, qonaq əlavə edib ki, Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedən gənc ölkədir: "COP29-a ev sahibliyi etdiyi üçün Azərbaycanı təbrik edirəm. Ölkəniz bu tədbiri keçirməklə məlum istiqamətdə yeni addımların atılmasını sürətləndirməyə, bununla bağlı hər bir dövləti bir araya gətirməyə çalışır".

Oxşar xəbərlər

Elnur Soltanov: "2050-ci ilədək sıfır xalis emissiya üçün Azərbaycana 200 milyard dollar sərmayə tələb olunur" [xfgiven_updateblue][/xfgiven_updateblue]
ASCO sıfır emissiya hədəfinə çatmaq üçün strategiya və tədbirlər planı hazırlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
FAO və Azərbaycan COP29 üçün aqro-ərzaq sistemləri proqramını təkmilləşdirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sultan Əhməd Əl-Cabir: “55 şirkət 2050-ci ilə qədər sıfır emissiya öhdəliyini üzərinə götürüb” [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanlı nazir: "COP29 “yaşıl enerji” sahəsində Azərbaycanla əməkdaşlıq üçün yeni imkanlar açacaq" [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər